
ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.
Nyus.Az report-a istinadən xəbər verir ki, Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.
"O, (Hesabat. - Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil", - qəzet onun sözlərini sitat gətirib.
Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.
Nyus.Az

























