• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-11-2018, 08:22

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində" mövzusunda konfransın işində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində" mövzusunda konfransın işində iştirak edib

Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində" mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb. O deyib: "Bu yubiley beynəlxalq səviyyədə də bayram edilir. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Bu əsərlərdə insan əzəməti və şəxsiyyət azadlığı tərənnüm edilir. Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatının tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir".

İqor Abılqaziyev xüsusi vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. O deyib: "Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O vaxtdan Nəsimi irsinin daha ətraflı öyrənilməsi istiqamətində mühüm addımlar atılıb".

Festivalın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini xatırladan AAÖİ-nin direktoru deyib: "Çox hörmətli Leyla xanım, fürsətdən istifadə edərək, bizə göstərdiyiniz diqqətə görə sizə bütün institutumuz adından təşəkkür dolu ən səmimi sözlərimizi ifadə etmək istərdim".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Əcdadlarımızın önəm verdiyi dəyərləri müasir gənclərin də bilməsi olduqca əhəmiyyətlidir.

Səfir deyib: "İqor Abılqaziyev çox düzgün qeyd etdi ki, sovet dövründə məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev keçmişin böyük filosof və şairlərinin - Nizaminin, Füzulinin, Nəsiminin və dünyanın söz xəzinəsinə öz töhfəsini vermiş digər şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində böyük işlərə başlayıb. Yəqin ki, bu işi onun oğlunun, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin davam etdirməsi çox rəmzi məna daşıyır. Diqqətəlayiq haldır ki, bu gün bu işlə Heydər Əliyevin nəvəsi, böyük filosofa həsr olunmuş belə tədbirlərin bütün dünyada keçirilməsinin təşəbbüskarı hörmətli Leyla xanım məşğul olur".

Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu AAÖİ-də keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat deyib: "Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulamaq və demək istəyirəm ki, Azərbaycan dilini yaxşı öyrəndiklərinə görə peşman olmayacaqlar".

Sonra MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə oxuyublar, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında "Mərhaba" adlı musiqili-poetik tamaşa təqdim edilib.

Noyabrın 20-də konfrans işini davam etdirəcək. Konfrans iştirakçıları "Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi", "Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti", "Nəsimi dili - dünən, bu gün və sabah" və s. mövzularda məruzələr dinləyəcəklər.

Konfransda Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə toxunan çıxışlarla yanaşı, müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzularında müzakirələr aparılacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az