• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-10-2026 Azərbaycan Ukraynanın köməyinə çatdı – Kiyevdən Əliyevə xüsusi təşəkkür - FOTO
  • 09-10-2026 Dilimizi mükəmməl bilən erməni ekspertdən Bakıya qarşı "təhlükəli" çağırış — "İndi hərəkətə keçin"
  • 09-10-2026 “Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
  • 09-10-2026 Fidan Mansurovaya vəzifə verildi
  • 09-10-2026 “Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
  • 09-10-2026 Hadrutun işğaldan azad olunmasından 6 il ötür
  • 09-10-2026 Bakının bəzi ərazilərində işıq olmayacaq
  • 09-10-2026 AFFA UEFA-nın qərarına qarşı çıxıb
  • 09-10-2026 "Mançester Siti"yə ağır cəza gözlənilir
  • 09-10-2026 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
  • 09-10-2026 Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır
  • 09-10-2026 MDB ölkələri liderlərinin şərəfinə keçirilən rəsmi qəbulda Azərbaycan musiqisi səsləndirilib
  • 09-10-2026 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
  • 09-10-2026 Sahibə Qafarovanın sədrliyi ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib
  • 09-10-2026 Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN
  • 08-10-2026 FHN-in şübhəli TENDER ORTAĞI - Daha haralara əli çatır...
  • 08-10-2026 Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
  • 08-10-2026 Rəna Abbasovaya yüksək vəzifə verildi
  • 08-10-2026 Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
  • 08-10-2026 11 gün iş olmayacaq - Tarixlər açıqlandı

XƏBƏRLƏR

    AFFA UEFA-nın qərarına qarşı çıxıb
    "Mançester Siti"yə ağır cəza gözlənilir
    "Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
    Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
    Əhməd Yusifov dünya çempionu oldu
    İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
    Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
    "Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
    Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
Bu gün, 05:51

Sahibə Qafarovanın sədrliyi ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib

Sahibə Qafarovanın sədrliyi ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib


Oktyabrın 8-də Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, iclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib.

Gündəliyin qəbul edilməsindən sonra iclasda giriş sözü ilə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları kollektiv fəaliyyət və bu platformadan maksimum istifadə etmək baxımından mühümdür. Onun sözlərinə görə, bu iclaslar üzv parlamentlər arasında konstruktiv dialoq üçün imkan yaradır ki, bu da üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da möhkəmləndirir.

Diqqətə çatdırılıb ki, QHPŞ-nin 5-ci konfransı bu ilin aprelində Türkiyənin İstanbul şəhərində, 152-ci PAİ Assambleyası ilə paralel olaraq keçirilib. İndiyədək keçirilən beş konfransın QHPŞ-yə güclü və davamlı marağın təsdiqi olduğu, üzv parlamentarilərin Şəbəkənin işində fəal iştirakının sülh, ədalət və dayanıqlı inkişaf işinə töhfə vermək üçün parlamentlərarası əməkdaşlığın potensialına olan möhkəm inamı nümayiş etdirdiyi bildirilib. Bu baxımdan, QHPŞ-nin bu ümumi məqsədlərə nail olmaq üçün parlament əməkdaşlığının və həmrəyliyinin gücləndirilməsinə dair ümumi baxışı və kollektiv sadiqliyi əks etdirdiyi qeyd olunub.

Spiker Sahibə Qafarova deyib ki, Parlament Şəbəkəsi öz əhatə dairəsini genişləndirməyə və beynəlxalq rolunu gücləndirməyə davam edir. O, sədr kimi öz xarici səfərləri, ikitərəfli görüşləri və beynəlxalq konfranslardakı iştirakı zamanı bu təşkilatın rolunu və işini təşviq etməyi prioritet hesab etdiyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.

İnstitusional dialoqun inkişaf etdirilməsinin və digər təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin Parlament Şəbəkəsinin əsas prioritetləri olaraq qaldığını deyən spiker Sahibə Qafarova qeyd edib ki, bu gün QHPŞ 6 təşkilatda müşahidəçi statusuna malikdir, 8 təşkilata isə Şəbəkədə müşahidəçi statusu verilib. Həmçinin tərəfdaş təşkilatlarla Anlaşma Memorandumlarının bağlanması təşkilatın beynəlxalq əməkdaşlıqda iştirakını genişləndirir və indiyədək Parlament Şəbəkəsi 10 belə Memorandum bağlayıb ki, bu da onun institusional tərəfdaşlıqlarını və beynəlxalq əhatəsini daha da gücləndirir.

Bu nəticələri bir sədrliyin və ya hər hansı bir parlamentin nailiyyətləri kimi deyil, kollektiv səylərin nəticəsi kimi qeyd etdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, bütün bunlar üzv parlamentlərin ideyaları bölüşən, həll yolları axtaran və qarşılıqlı hörmət və həmrəylik ruhunda birlikdə çalışan dəyərli töhfələri sayəsində mümkün olub.

Spiker Sahibə Qafarova bildirib ki, Şəbəkənin 2021-ci ilin noyabrında Madriddə təsis edilməsindən bəri 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə müvafiq olaraq Bakıda, Manamada, Cenevrədə, Daşkənddə və İstanbulda 5 konfrans keçirilib. O, ötən konfranslarda qəbul olunmuş qərarların əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib və bildirib ki, hər bir konfrans Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Sonra iclasda gündəliyə uyğun olaraq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusionallaşma prosesi barədə müzakirələr aparılıb.

Müzakirələr zamanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Venesuela Milli Assambleyasının sədr müavini Qresiya Kolmenares, Mərakeş Müşavirlər Şurasının sədr müavini Lahsen Haddad, Belarus Milli Assambleyası Respublika Şurasının komitə sədri Sergey Aleinik, Pakistan Milli Assambleyası Daimi Komitəsinin sədri Syed Hafeezuddin, Misir Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Sameh Şukri, Tanzaniya parlamenti komitə sədri Dama Ndumbaro və digər iştirakçılar çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.(Milli.Az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az