
Azərbaycan Respublikasının Kosta Rikada fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsini Kosta Rika Respublikasının Prezidenti Laura Fernandesə təqdim edib.
Nyus.Az xəbər verir ki, etimadnamənin təqdim edilməsi mərasimi zamanı Seymur Fətəliyev Azərbaycanı Kosta Rikada diplomatik səviyyədə təmsil etməyə başlayıb.
Qeyd edək ki, bundan əvvəl Seymur Fətəliyev etimadnaməsinin surətini Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya təqdim etmişdi.
Nyus.Az

























