• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-08-2026, 09:25

İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı

İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı


“Ermənistan tərəfinin iddialarının əksinə olaraq, biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”.

"Sepah Pasdaran" Telegram kanalının məlumatına görə, bu barədə iranlı general-mayor Rəhim Səfəvi TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edərkən bildirib.



R.Səfəvi həmçinin bildirib: “Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə vahid bir bütöv kimi baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”.

İranlı general hazırda Ermənistanla danışıqları davam etdirdiklərini bildirib: “Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”.



Səfəviyə görə, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlayarsa, daha yaxşı olar. İranlı generalın təhdidləri açıq və aydın başa düşülür. Belə çıxır, dəhlizə nəzarət ABŞ-yə keçdiyi halda İran intiqam məqsədi ilə "Tramp yolu"na raket zərbəsi endirə bilər.

Bu, hədyan yuxarı, pafoslu bəyanatdır, yoxsa narahatlığa əsas var?

Professor Qabil Hüseynli Səfəvinin təhdidlərinə görə, ABŞ və Ermənistanın daha çox təşviş keçirməli olduğunu düşünür. Onun sözlərinə görə, bu layihə ötən ilin 8 avqustunda ABŞ və Ermənistan arasında razılaşdırılıb: "Ona görə də, Vaşinqton və İrəvan bu hədələrə reaksiya verməlidir. Onlardan isə cavab yoxdur. Görünür ki, Səfəvinin dedikləri ciddi qəbul olunmayıb. Zənnimcə, ABŞ və Ermənistan bu logistikanın istifadəsi, təhlükəsizliyinin təminatı məsələsində bir çox detalları həll ediblər. Onlarda bir narahatlıq yoxdursa, biz də həyəcanlanmalı deyilik. Çünki bu layihədə yola nəzarət ABŞ şirkətində olacaq. Belə çıxır ki, İran Ermənistan ərazisində ABŞ nümayəndələrinə atəş açacaq. Mən bunu absurd hesab edirəm. Əgər belə bir avantürüzmə gedilsə, Tehranın başı çox ağrayacaq".



Professor İrandan səslənən hədyanları quru təhdid adlandırıb və belə bir təxribat ssenarisini istisna edib: "İranda hər generalın, hər SEPAH rütbəlisinin ağzından bir avaz gəlir. Onlar nağıl danışmaqdan, başlarına bomba düşə-düşə cəfəng sözlər deməkdən bezməyiblər. Onların ali rəhbəri, onlarla generalı, kəşfiyyat naziri, Təhlükəsizlik Şurası katibi, mühüm adamları öldürüldü, hələ də boşboğazlıq edirlər. İran bilməlidir ki, körfəz ölkələrində hansısa bazaya raket atmaq, Zəngəzur dəhlizi kimi dünya üçün mühüm əhəmiyyət kəsb edən marşruta zərbə endirməklə bir ola bilməz. Bu addımın cəzası ağır olar. İkincisi, İran Ermənistanı qorxutmaq üçün belə təhdidlər səsləndirir. Azərbaycan isə bu məsələdə ABŞ və Ermənistanın tədbirli olmasını gözləməlidir". (Musavat.com)


Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az