• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-08-2026, 10:32

Gürcüstan neytral dövlət olur, yoxsa...-Bakını düşündürəcək sensasion bəyanat

Gürcüstan neytral dövlət olur, yoxsa...-Bakını düşündürəcək sensasion bəyanat


Gürcüstanda Abxaziya və Cənubi Osetiya məsələsi son aylar yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilir. Görünən odur ki, Tiflisin qarşısında son dərəcə mürəkkəb sual dayanır: ölkə ərazi bütövlüyünü necə bərpa edə bilər – müharibə yolu ilə, yoxsa Rusiya ilə münasibətlərin normallaşdırılması və uzunmüddətli diplomatik strategiya ilə?

Musavat.com "Qruziya online"yə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən sensasion bəyanat yayaraq ölkədə bu payız ciddi siyasi dəyişikliklərin baş verə biləcəyini iddia edib. Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” Rusiya ilə diplomatik münasibətləri bərpa etmək, Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə sazişlər imzalamaq, Abxaziya dəmir yolunu açmaq və ölkənin neytrallığını elan etmək niyyətindədir. Saakaşvili hətta bu addımların yaxın aylarda reallaşa biləcəyini bildirib. Lakin onun açıqlamalarının ən diqqətçəkən tərəfi odur ki, keçmiş prezident bu planları Rusiyanın tələbləri ilə əlaqələndirir və hakimiyyətin ölkənin xarici siyasət kursunu köklü şəkildə dəyişəcəyini iddia edir.



Ancaq Tiflisin hazırkı mövqeyi bu iddialarla üst-üstə düşmür. Gürcüstanın baş naziri İrakli Kobaxidze son mətbuat konfransında açıq şəkildə bildirib ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməyənədək Moskva ilə diplomatik münasibətlərin bərpası mümkün deyil. Tiflis bu əraziləri Gürcüstanın ayrılmaz hissəsi hesab edir və onların Rusiya tərəfindən tanınmasını “işğal” kimi qiymətləndirir. Burada ən mühüm məqam Gürcüstan hakimiyyətinin hazırda hərbi ssenarini gündəmə gətirməməsidir. Əksinə, Tifilis Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı "ikinci cəbhə" olmaqdan yayınır və Qərbin anti-Rusiya koalisiyasına qoşulmaqdan imtina edir. Gürcüstanın mövqeyi belədir: ölkə Rusiya ilə müharibə aparmaq istəmir, lakin ərazi bütövlüyündən də imtina etmir. Hakimiyyət hesab edir ki, hərbi qarşıdurma Gürcüstan üçün yeni fəlakətə çevrilə bilər.

Musavat.com xəbər verir ki, Qafqaz üzrə ekspert Nikoloz Metrеveli "RİA-Novosti"yə açıqlamaasında Rusiyaya qarşı müharibəyə cəlb edilmək cəhdlərinin Gürcüstanın milli təhlükəsizliyinə ciddi təhdid olduğunu bildirib. Onun sözlərinə görə, ölkə artıq müharibənin ağır nəticələrini görüb. Rusiya dəfələrlə Gürcüstanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu bəyan edib. Moskva münasibətlərin qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq əsasında inkişaf etdirilməsini təklif edir.Lakin Gürcüstan qarşısında əsas sual qalır: Rusiya ilə münasibətləri normallaşdırmaq ərazi probleminin həllinə gətirib çıxaracaq, yoxsa Abxaziya və Cənubi Osetiyanın mövcud statusunu daha da möhkəmləndirəcək?



Bir daha qayıdaq Saakaşvilinin iddiasına. Əgər belə bir kurs həqiqətən gündəmə gələrsə, bu, Tiflisin xarici siyasətində ciddi dönüş demək olardı. Neytrallıq Gürcüstanın Rusiya ilə birbaşa qarşıdurmadan uzaq qalmasına imkan verə bilər. Lakin bunun əvəzində ölkənin Qərblə münasibətlərinin gələcəyi, təhlükəsizlik təminatları və Avroatlantik inteqrasiya məsələləri ortaya çıxacaq.



Gürcüstanın neytral dövlətə çevrilməsi ilk baxışda Bakı üçün müsbət ssenari görünə bilər. Gürcüstanın Rusiya ilə qarşıdurmadan uzaqlaşması Cənubi Qafqazda sabitliyi gücləndirə, Azərbaycan–Gürcüstan enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini artıra bilər. Xüsusilə Bakı–Tiflis–Qars və Orta Dəhliz baxımından sabit Gürcüstan Azərbaycanın strateji maraqlarına uyğundur. Gürcüstanın Orta Dəhlizdəki rolu hələ də mühüm olaraq qalır.

Amma neytrallığın Rusiya təsirinin güclənməsi hesabına formalaşması Bakının maraqları üçün daha mürəkkəb nəticə yarada bilər. Moskvanın Gürcüstan üzərində siyasi və iqtisadi təsirinin artması Qara dənizə çıxış, enerji marşrutları və Azərbaycanın Qərbə açılan nəqliyyat xəttinin geosiyasi mühitini dəyişə bilər.

Müharibə ssenarisi isə Bakı üçün daha təhlükəlidir ki, bunu sonrakı yazılarda təhlilçilər şərh edə bilər. Bakı üçün ən əlverişli variant ərazi bütövlüyünü qoruyan, Rusiya ilə müharibədən yayınan, eyni zamanda Azərbaycanla strateji enerji və nəqliyyat tərəfdaşlığını davam etdirən sabit Gürcüstandır. (Musavat.com )

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az