• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-08-2026, 15:49

Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır

Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır


"ABŞ eyni vaxtda bir neçə istiqamətdə ciddi geosiyasi çağırışlarla üz-üzə qaldığı bir vaxtda əsas rəqibi Çinlə münasibətlərdə də yeni gərginlik xətti formalaşır".


Bu barədə musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Vaşinqtonun İran, Qəzza və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasəti davam edərkən Pekinlə iqtisadi, hərbi və texnoloji rəqabət getdikcə daha təhlükəli mərhələyə keçir:

"ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Rubionun sözlərinə görə, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir. Dövlət katibi Pekinlə dialoqa baxmayaraq, ölkəsinin milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyinə də işarə edib. Onun "biz bu prosesləri tənzimləməliyik, ancaq dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur" cümləsi bundan xəbər verir. Rubio bunu deyərkən Tayvanı xatırladıb".



Elxan Şahinoğlunun fikrincə, bu məsələdə əsas mübahisə mövzularından biri məhz Tayvandır:

"Rubio Vaşinqtonun təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxdığını bildirib. "Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq" - deyən dövlət katibi Vaşinqtonun ikitərəfli görüşlər zamanı bu mövqeyi Çin tərəfinə aydın şəkildə çatdırdığını xatırladıb".

Politoloq bildirib ki, Rubionun açıqlamalarında Vaşinqtonun Çinlə münasibətlərə yanaşmasının ziddiyyətli tərəfləri də görünür:

"Rubio bir tərəfdən Pekinlə normal münasibətlərə çalışdığını, digər tərəfdən Vaşinqtonun Tayvan məsələsində qəti mövqeyindən geri çəkilmədiyini bildirib. Halbuki, Pekinin qərarı qətidir: "Tayvan Çinə aiddir və birləşmə prosesinə heç bir dövlət, o cümlədən ABŞ mane olmamalıdır". Pekin Vaşinqtonun dünyadakı resurslar uğrunda sərt mübarizəsindən də şikayətçidir. Süni intellekt sahəsi iki ölkə arasında kəskin rəqabət meydanına çevrilib".

Elxan Şahinoğlu vurğulayıb ki, Çin özünü dünyaya geniş şəkildə təqdim edilməli olduğunu söyləyən aşağı qiymətli, açıq mənbəli süni intellekt texnologiyasının çempionu kimi təqdim edir. Mövcud durum Ağ Ev administrasiyasını ciddi narahat edir:

"Tramp administrasiyası hesab edir ki, Çin süni intellekt modellərini tənzimləmək yolunu seçib. Pekin isə əksinə, ABŞ-ni "süni intellekt hegemonluğunda" günahlandırır. Digər tərəfdən, Çin hakimiyyəti süni intellekt sistemlərinin sərt senzura filtrlərini aşa biləcəyindən narahatdır. Çinin süni intellekt sahəsində ABŞ ilə rəqabət aparmaq üçün qlobal təşkilat yaratması qərarı Pekinin Vaşinqtonu qabaqlamaq istəyindən irəli gəlir. Çinin rəhbərliyi ilə ötən ay qurulan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatına (WAICO) 29 ölkə qoşulub. Təsis müqaviləsi Şanxayda keçirilən mərasimdə imzalanıb. Çin süni intellekt sahəsində ətrafına daha çox tərəfdaş toplamaqla Vaşinqtonun "Süni intellekt Fəaliyyət Planı" ilə rəqabətə hazırlaşır".(Musavat.com)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az