• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
4-08-2017, 22:14

Sabir Rüstəmxanlı müxalifətin gizli toplantısından danışdı

Sabir Rüstəmxanlı: “Belə görüşlərə böyük ehtiyac var, çünki...”
Azərbaycanın müxalifət partiyalarının rəhbərləri arasında gizli görüş keçirilib. AzVision-un əldə etdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının yenidən birlik formasında fəaliyyət göstərməsi müzakirə olunub.

Bağlı qapılar arxasında bir neçə saat davam edən görüş barədə mətbuata informasiya sızdırılmayıb. Hətta görüşdən fotonun paylaşılması da qadağan edilib. Bu da görüş barədə bəzi fikirlərin meydana çıxmasına səbəb olub. Belə iddialar səslənib ki, siyasi partiya rəhbərləri gələn ilki seçkilərlə bağlı bir araya gəliblər və dolayısı ilə seçkilərə hazırlıqlara start veriblər. Hətta görüşdə vahid namizəd məsələsinin müzakirəsi ehtimallarından da söz açılır. İstənilən halda görüş barədə mətbuata məlumat verilməməsi, eyni zamanda görüşdə iştirak edənlərin say tərkibinə baxdıqda bəzi mülahizələr meydana çıxır.

Bu arada görüş barədə azvision.az-a danışan ADP sədri iştirakçılar barədə də danışaraq, onların konkret adlarını çəkib: “Görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Azərbaycan Partiyasının sədri Kamil Seyidov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, İsa Qəmbər iştirak edib. Milli Şuranın sədri Cəmil Həsənli və dəvət olunan digər partiya sədrləri obyektiv səbəbdən görüşdə iştirak edə bilməyiblər”.



Xatırladaq ki, illər öncə müxalifət müxtəlif formatlarda görüşlər keçirirdi. Məsələn, ən sonuncu görüşlərdən biri Bakının məşhur restoranlarından olan “Asiman”da baş tutmuşdu. Mətbuat bu görüşü şərti olaraq “müxalifətin ”Asiman" görüşü" kimi qeyd edirdi. Cəmiyyətin siyasi aktiv hissəsi bu cür görüşlərdən ruhlansa və ümidlənsə də, hər dəfə proses müxalifət liderlərinin yersiz kaprizləri ucbatından nəticəsiz başa çatırdı.

Görüşün təşəbbüskarı ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a danışdı: “Görüş barədə hamımızın razılığı ilə qısa məlumat verildi. İndi yayılan xəbərdə qeyd olunur ki, Əli Kərimli olmayıb, səhv məlumatdır, o da iştirak edirdi. Razılaşdırılmış siyasətçilərdən İqbal Ağazadənin üzürlü işi çıxdı, xahiş etdi ki, onu üzürlü sayaq. İsgəndər Həmidov da rayondan gələ bilmədi. Sadəcə, qərara gəldik ki, geniş məlumat verilməsin. Əslində onları daha çox payızda keçirməyi planlaşdırdığımız Qarabağ forumuna dəvət etmək üçün çağırmışdım. Düşünürəm ki, belə görüşlərə böyük ehtiyac var. Çünki hazırda çox ciddi problemlərimiz var, ideyalarımızı tam həyata keçirə bilməmişik. İqtidar-müxalifət münasibətləri qaydasına düşməli, düşmənçilik aradan qaldırılmalıdır. Səmimi deyirəm ki, görüşdə, ümumiyyətlə, seçki məsələsi müzakirə olunmadı. Etiraf olundu ki, çoxdandır bu tərkibdə yığışmırıq. Hamısına gəldiyi üçün təşəkkür etdim. Onu da etiraf edim ki, əvvəllər də keçirdiyimiz hər bir tədbirə dəvət göndərdiyimiz şəxslər gəliblər. Əslində ciddi bir fikir ayrılığı yoxdur. Sadəcə, xırda söhbətlər var. Mənasız şeylər ortada mövcuddur, məsələn, bir də baxırsan birincilik yarışı gedir. Təki Vətənin, torpağın birinci olsun. Təəssüflər olsun ki, son 30 ildə baş verənlərdən hələ də bəzi dostlarımız düzgün nəticə çıxarmayıblar. Səmimi görüşün olduğunu deyə bilərəm. Ola bilər ki, hazırlıq prosesində müəyyən yanlışlıqlar olsun. Amma bunların ciddi olduğunu düşünmürəm. Görüşün mətbuata çıxarılıb-çıxarılmamasını əvvəlcədən razılaşdırmamışdıq. Qapalı yığıncaq idi. Ona görə də əsas arqument bu oldu ki, görüşün mətbuata çıxarılması razılaşdırılmayıb. Şübhəsiz, bu görüşə də müəyyən don geyindirənlər olacaq. Müzakirələrin özündə gördüm ki, müəyyən anlaşılmazlıqlar var ki, indiyə qədər niyə görüş olmur, indi olur. 1999-cu ildə ”Yeni Müsavat"da bir yazım var idi, “Gəlin birləşək” başlığı ilə. Partiyamın adında birlik var. Milli məsələlərdə daim bir yerdə olmağa çalışmışıq. Bir olmamağımızın, partiyaların bir arada olmamasının Azərbaycanın gələcəyi baxımından hansı təhlükələri yaratdığı barədə fikirlərimi dedim. Bu cür görüşlər üçün ciddi hazırlıq lazımdır. Yenə də belə görüşlər təşkil etməyə hazıram. Qərara aldıq ki, tez-tez bu cür görüşlər təşkil edək. Mənə elə gəlir ki, bu görüşlər davamlı olacaq. Amma burada hər hansı birliyin yaradılmasından söhbət getmir, sadəcə, görüşə yığışırıq".

Cavanşir ABBASLI

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az