
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Nyus.Az Xezerxeber.az - a istinadən xəbər verir ki, səfər çərçivəsində iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.
Görüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Nyus.Az

























