• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
23-04-2026, 09:15

Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia

Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia


Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Suverenliyimiz də daxil olmaqla hər şeyimizi satıblar, onların daim müharibəyə ehtiyacı var”, - o bildirib.

Stepanyanın fikrincə, Ermənistanda ruspərəst siyasi düşərgədəki səs-küy İrəvanın doğru yolda olduğunu göstərir: “Onlar son döyüşə giriblər. Biz daim oturub Qarabağ haqqında xəyallar qura bilmərik. Nə qədər çox xəyal qursaq, bir o qədər çox itirəcəyik”.

Erməni ekspert əlavə edib ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gəlməsəydi, bu gün Ermənistan ümumiyyətlə, mövcud olmayacaqdı.

Rusiya doğurdanmı Qarabağda yeni müharibə istəyir? Karapetyan və digər ruspərəst qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan ordusunun hərəkətə keçməsinə səbəb ola bilərmi? Erməni ordusu hansı gücü ilə bizimlə döyüşəcək?



ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasında bu istiqamətdə çox vacib məqamlara aydınlıq gətirdi: “Düşünürəm ki, Azərbaycan Ermənistan arasında sülh sazişinin əldə olunması üçün Rusiya ilə də danışmalı, müzakirə aparmalıyıq. Çünki hər kəs çox yaxşı bilir ki, Ermənistan Rusiyanın regionda, bölgədə bir forpostudur, Ermənistanı vaxtında Qafqazda yaradan da məhz Rusiya olub. Bu gün Rusiyanın Ermənistana təsir imkanları çox böyükdür. Ermənistanın enerji-neft, qaz, benzin təminatını, ərzaq, taxıl və s. təminatlarını Rusiya həyata keçirir.

Bütün bu təminatları Rusiya elə bir qiymətə Ermənistana verir ki, sanki özünün bir vilayətinə, vətəndaşına verir. Biz həm də ona görə Rusiya ilə sülh məsələsini danışmalıyıq ki, sülhün təminatı olsun, uzunmüddətli olsun. Əlbəttə, bu məsələdə qardaş Türkiyənin də iştirakını arzu edirik - daha inamlı bir sülhün əldə olunması üçün. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə Qarabağı işğaldan azad etməsinin uğurlarından biri də məhz Rusiyanın neytrallığını təmin etməsi oldu. Müharibəyə Rusiya qoşulmadı. Bu faktor müharibədə böyük rol oynadı.

Ermənistanda Rusiyapərəst qüvvələr düşünür ki, 1990-cı illərdə olduğu kimi, Rusiya Qarabağda müharibə etməlidir və Azərbaycan torpaqlarını yenidən işğal edib Ermənistana verməlidir. Ancaq bu qüvvələr unudur ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Onların qarşısında güclü, böyük potensiala malik, Qafqazın ən qüdrətli ordusu dayanıb. Həmçinin də bu gün Azərbaycanla Rusiya arasında ikitərəfli, bərabərhüquqlu, normal əməkdaşlıq var. Belə bir vəziyyətdə niyə Rusiya Qarabağda müharibə etməlidir ki?!

Bir məqama da diqqət ayırmaq istərdim. İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Çox gərgin seçki marafonu gözlənilir. Paşinyan və revanşist qüvvələr arasında amansız mübarizə olacaq. Rusiyapərəst qüvvələr hakimiyyətə gəlmək və xalqdan səs qazanmaq üçün Rusiya faktorundan istifadə edir. Xalqı və ictimaiyyəti çaşdırmaq üçün hər cür imkanlardan yararlanır. Saxta və heç bir əsası olmayan məlumatlar yayırlar. O ki qaldı Ermənistan ordusunun müharibə etməsinə, təkbaşına bu ordu cəsarət edib Azərbaycanla müharibə etməz. Bu onların tamamilə məhvi deməkdir. 44 günlük vətən müharibəsində Azərbaycanın başlarına vurduğu “Dəmir Yumruğ”un çox böyük zərbəsini unutmayıblar. Müharibə Ermənistanın tamamilə məhv olmasına gətirib çıxarar. Bu zaman biz qədim torpağımız olan İrəvanı da azad edə bilərik”.(Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az