• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
18-02-2026, 09:01

Kremlin Azərbaycan diasporuna yeni hücum planı

Kremlin Azərbaycan diasporuna yeni hücum planı


Şimal ölkənin mediası yazır ki, Azərbaycan diasporu Rusiyada daxili sabitlik üçün katalizator ola bilər
Fevralın 14-də Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun “Rusiyada Azərbaycan təşkilatı” kimi təqdim edilən VBON (Vo blaqo obheqo naroda-tərcüməsi-Sadə Xalqın Xeyrinə ) fəaliyyətini qadağan edib.

Qeyd edək ki, ölkəmizdə böyük əksəriyyətin adını ilk dəfə eşitdiyi bu təşkilatın işində Rusiyanın media resursları Azərbaycanın adını məqsədli şəkildə hallandırıb. “Rusiyada yaşayan azərbaycanlıları birləşdirən və ənənəvi dəyərləri müdafiə edən təşkilat” kimi təqdim edilib. Azərbaycan səfirliyi hələ o zaman da belə bir təşkilatın anti-Azərbaycan qüvvələri tərəfindən etnik nifrəti qızışdırmaq və azərbaycanlıları ləkələmək üçün təşkil edildiyini rəsmən bəyan edib. Tezliklə o da məlum olub ki, özlərini Azərbaycan təşkilatı kimi təqdim edənlər əslində radikal vəhhabi qruplarına yaxındılar, eləcə də İŞİD-lə əlaqəli şəxslərdir. Bəzi mənbələr təşkilata üzv olanların əksəriyyətinin də məhz Rusiya vətəndaşlığı olduğunu deyiblər.

Rusiya son illər xarici diaspor təşkilatlarına qarşı nəzarəti artırıb. “Xarici agent”, “arzuolunmaz təşkilat” kimi hüquqi mexanizmlər vasitəsilə hökumət ölkə daxilində siyasi və ictimai fəaliyyətləri daha sərt tənzimləyir. Bu siyasət yalnız azərbaycanlılara yox, müxtəlif diasporalara tətbiq olunur. Cənubi Qafqaz regionunda təsir uğrunda rəqabət artdıqca, Moskva postsovet məkanındakı diasporaları öz siyasi orbitində saxlamağa çalışır. Azərbaycana dəxli olmayan qrupun adı “Azərbaycan təşkilatı” kimi hallandırılanda məsuliyyət fərdi şəxslərdən kollektiv kimliyə yönəldilmiş olur. Bu isə diaspor üzərində psixoloji təzyiq mexanizmidir.

Yada salaq ki, Rusiya hakimiyyəti son ilyarımda Azərbaycan diasporuna qarşı məqsədyönlü siyasət aparır.

Bu hadisə həm də Azərbaycanla münasibətlər kontekstində oxuna bilər. Maraqlıdır ki, bu qərar Prezident İlham Əliyevin Münhendə qatıldığı panel müzakirələrdə çıxışı zamanı Ukraynadakı səfirliyimizə hücum mövzusuna da toxunduqdan dərhal sonra yayılıb.



Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov dedi ki, Rusiyanın son bir neçə ildə Azərbaycana qarşı açdığı “soyuq müharibənin” son günlər bir qədər də şiddətlənməsi həm də haqlı suallar doğurur: “Rusiya Azərbaycandan nə istəyir? Kreml nədən bir neçə il öncə "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzaladığı Azərbaycanla ədavət aparmaqdan usanmır? Bu sıradan olan suallar çoxdur. Rusiya hakimiyyətinin bu davranışının kökündə birmənalı olaraq velikorus şovinizmi dayanır. Dəfələrlə demişik, bunlar tarix boyu özlərini digər xalqlardan üstün hesab ediblər. Ancaq bu üstünlüyün nədən ibarət olduğunu heç kimə anlada bilməyiblər.

Baxın, bu gün Rusiyanın qonşuluğunda olan dövlətlərin xalqlarının nifrətindən başqa ortada nə var? Əski Sovetlər İttifaqında birləşmiş - şimaldan Baltikyanı ölkələr, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Mərkəzi Asiya ölkələri - bunların hansında Rusiya sevgisi var? Heç birində. Kimsə deyə bilər ki, Belarus hakimiyyəti Rusiyaya yaxındır. Bu Rusiya sevgisindən irəli gəlmir, sadəcə, onlar öz hakimiyyətlərini qorumaq xatirinə Moskvanın ətəyindən tutmaq zorunda qalıblar".

Sabiq nazir onu da qeyd etdi ki, Rusiyanın Ukraynada öz slavyan qardaşlarına qarşı başlatdığı işğal Moskvaya nifrətin coğrafiyasını on dəfələrlə böyütdü: “Kremldəki başbilənlər məğlub olduqlarının fərqindədirlər, ancaq qazdıqları quyu o qədər dərindir ki, oradan çıxmaq haqqında belə düşünə bilmirlər. Rusiya hökuməti və onun başında dayanan Putin bu gün qarşısında dayanan, "sözünə baxmayan" hər bir tərəfi əzib keçməyə hazırdır, lakin bunu edə bilmir, çünki artıq Rusiya dövlətinin həm mənəvi, həm də fiziki gücü tükənib və son nəfəsini verir.

Azərbaycanın beynəlxalq siyasi müstəvidə ard-arda qazandığı uğurlar Rusiya hökumətini boğur. Bu səbəbdən də Kreml ölkəmizə qarşı belə aqressiv davranış nümayiş etdirir. Ancaq Moskva anlamaq istəmir ki, Rusiyanın “qatarı artıq çoxdan gedib”, indi yeni dünya nizamı qurulur və bu nizamda Azərbaycan artıq dünyanın iki böyük nəhəngini - ABŞ və Çini özünün strateji tərəfdaşına çevirib..."

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az