• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
5-02-2026, 09:38

Dünya İlham Əliyevin sülh yolunu QƏBUL edir - Qalib liderin...

Dünya İlham Əliyevin sülh yolunu QƏBUL edir - Qalib liderin...


Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlət başçısının beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun və etibarlı lider imicinin növbəti təsdiqidir.

Bu mükafat Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin sülh yolu ilə həllinə, regional sabitliyin möhkəmləndirilməsinə və dialoq əsaslı siyasətin irəli aparılmasına verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu təltif Azərbaycanın humanitar dəyərlərə söykənən, praqmatik və məsuliyyətli dövlət siyasətinin qlobal miqyasda qəbul olunduğunu göstərir.



Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com bildirdi ki, Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi sıradan bir beynəlxalq təltif deyil:

"Bu hadisə həm Azərbaycanın dövlət başçısına göstərilən yüksək beynəlxalq etimadın, həm də ölkəmizin son illərdə nümayiş etdirdiyi prinsipial sülh siyasətinin qlobal miqyasda qəbul olunmasının parlaq təcəssümüdür. Bu mükafat bütövlükdə Azərbaycanın yürütdüyü siyasi kursun, diplomatik xəttin və humanitar dəyərlərə söykənən dövlət fəlsəfəsinin beynəlxalq miqyasda rəsmən tanınması deməkdir. “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın şərəfinə təsis edilmiş, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən, dünyada sülh, tolerantlıq, dini və mədəni harmoniyanın təşviqinə xidmət edən ən nüfuzlu humanitar mükafatlardan biridir. Bu mükafatın fəlsəfəsində əsas ideya insan qardaşlığı, sivilizasiyalararası dialoq, münaqişələrin zor deyil, məhz diplomatiya və qarşılıqlı hörmət əsasında həllinə çağırışdır. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi təsadüfi deyil, bu, onun rəhbərliyi ilə Azərbaycanın uzun illərdir ardıcıl şəkildə nümayiş etdirdiyi real siyasətin nəticəsidir.




Dünya ictimaiyyəti çox yaxşı görür ki, Azərbaycan 35 il davam etmiş münaqişəni hərbi mərhələdən sonra məhz siyasi mərhələyə daşıyaraq bölgədə davamlı sülhün bərqərar olunması üçün sistemli, ardıcıl və prinsipial addımlar atır. Qarabağ münaqişəsinin tarixi reallıqları, beynəlxalq hüququn kobud şəkildə pozulması, işğal faktı və etnik təmizləmə siyasəti fonunda Azərbaycanın əldə etdiyi Qələbə yalnız hərbi-siyasi uğur kimi deyil, həm də sülhün təmin edilməsi üçün yaradılmış tarixi imkan kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev məhz bu mərhələdə qalib ölkənin lideri kimi revanşizmə deyil, sülh gündəliyinə üstünlük verərək Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək kimi olduqca çətin bir missiyanı məharətlə həyata keçirdi. Məhz bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi, onun 35 illik münaqişəni siyasi-diplomatik mərhələdə sülhə doğru yönəltmək, regionda sabitliyi təmin etmək və yeni təhlükəsizlik arxitekturasının əsasını qoymaq səylərinə verilən beynəlxalq qiymətdir. Bu mükafat Prezidentin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin, strateji baxışının və ən əsası sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması deməkdir. Azərbaycan artıq uzun müddətdir ki, müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan kimi qlobal humanitar dialoqun mühüm platformasına çevrilib. Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Mədəniyyətlərarası Dialoq Forumları və digər təşəbbüslər Azərbaycanın humanitar diplomatiyasının real təzahürləridir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən bu siyasət təkcə region üçün deyil, qlobal miqyasda sülh və anlaşma modelinin təqdimatıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu modelin beynəlxalq təsdiqi kimi dəyərləndirilməlidir



Deputat hesab edir ki, bu təltif Azərbaycanın sülhə sadiq, dialoqa açıq və humanitar dəyərlərə bağlı dövlət kimi imicini daha da möhkəmləndirir:
"Eyni zamanda, Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini gücləndirən mühüm hadisə kimi tarixə düşür. Bu mükafat göstərir ki, Azərbaycan artıq yalnız regional güc deyil, həm də sülh gündəliyini formalaşdıran, beynəlxalq münasibətlərdə yeni yanaşmalar təklif edən məsuliyyətli aktordur. Lakin bütün bunlarla yanaşı, həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının özüdür. Xalqın ona göstərdiyi etimad, dəstək və inam heç bir beynəlxalq təltiflə müqayisə oluna bilməz. Prezident İlham Əliyev Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm tarixi məsələlərin həllinə nail olmuş Liderdir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş böyük şəxsiyyətdir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu böyük yolun, bu tarixi missiyanın və bu liderlik nümunəsinin beynəlxalq aləmdə etirafı, təsdiqi və dəyərləndirilməsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu mükafat Prezident İlham Əliyevin timsalında Azərbaycanın sülh fəlsəfəsinin, humanitar dəyərlərinin və qlobal məsuliyyətinin dünyada qəbul olunmasının simvoludur".



Cavanşir ABBASLI
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az