• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
18-12-2025, 08:23

ABŞ-dən Bakı və İrəvana şok xəbərdarlıq - “Rusiya və İran...”

ABŞ-dən Bakı və İrəvana şok xəbərdarlıq - “Rusiya və İran...”


Şimal və cənub qonşularımız sülh yolunda əldə edilən böyük sıçrayışı bloklamağa hazırlaşır - məkrli planın gizlinləri
Artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano “Azad Avropa/Azadlıq” radiosunun gürcü xidmətinə müsahibə verib. Vaxtilə Dağlıq Qarabağ ixtilafı ilə bağlı “ərazi mübadiləsi” planı üzrə danışıqlarda, həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında Ki-Uestdəki müzakirələrdə iştirak etmiş diplomat müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, ABŞ-nin Cənubi Qafqazdakı rolu ilə bağlı da fikirlərini bölüşüb.

Kavano hazırkı vəziyyəti “ümid əlaməti” adlandırıb, lakin Ermənistan Konstitusiyasına düzəlişlər edilmədən sülh müqaviləsinin mümkün olmadığını vurğulayıb. Eyni zamanda xəbərdarlıq edib ki, Rusiya və İran kimi xarici aktorlar əldə edilən irəliləyişi bloklamağa və ya pozmağa cəhd edə bilər (Haqqin.az).

Onun sözlərinə görə, ABŞ-nin regiondakı təsiri müxtəlif dövrlərdə artıb və azalıb: “Ancaq Vaşinqton hazırda Qafqaz gündəliyində fəal şəkildə iştirak edir, innovativ, "kreativ" həll yolları axtarır".

Kavano hesab edir ki, avqustun 8-də Vaşinqtonda əldə edilən Ermənistan-Azərbaycan razılaşmaları ABŞ-nin bu prosesdə daha mühüm rol oynaması üçün fürsət yaradır. Eyni zamanda o, Ermənistan cəmiyyətinin konstitusiya referendumunda necə səs verəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu bildirir və növbəti seçkilərdə sülh gündəliyinin Paşinyana uğur qazandıracağına şübhə edir.

“Təəssüf ki, aqressiv ritorika və qarşıdurma vədləri seçkilərdə sülhə yönəlmiş səylərdən daha çox rezonans doğurur. Ümid edirəm ki, Vaşinqtonda atılan addımlar hər iki tərəfə bu münaqişəyə nöqtə qoymaq ehtiyacını nümayiş etdirməyə kömək edəcək” , - deyə amerikalı diplomat qeyd edib.

Kavano habelə Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaların perspektivlərinə də şübhə ilə yanaşdığını söyləyib. O, ABŞ-nin bu nəqliyyat marşrutunun təhlükəsizliyini təmin etmək üçün ərazidə qüvvə yerləşdirmək öhdəliyi götürmədiyini, yəni Rusiya və ya İranın hərbi əməliyyatlarının istisna edilə bilməyəcəyini söyləyib.

Amerikalı sabiq həmsədr öz pessimist gözləntilərində nə dərəcədə haqlıdır? Şimal və cənub qonşularımız gerçəkdənmi sülh müqaviləsini və Zəngəzur dəhlizini əngəlləyə bilər və niyə? Belə perspektivdən necə yayınmalı?

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bölgəyə sülh gəlib və silahlar susub. Bunun dayanıqlı olmasını arzulayan millət vəkili qeyd etdi ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülh yolunda irəliləyib, buna mane olan istənilən qüvvə düşmən olaraq qiymətləndirilməlidir: “Əgər regionda sülhü istəməyən hansısa güc varsa, deməli, müharibə tərəfdarıdır. Bunlar Ermənistanın içindəki revanşistlər, kilsədəki qüvvələr və Kremldən himayə olunan keçmiş "Qarabağ klanı"na aid elektoratdır. Həmçinin Ermənistanda İrandan qidalanan bəzi destruktiv qruplar da sülh əleyhinə təbliğat aparırlar. Deməli, Moskva və Tehranda olan dairələr koordinasiyalı hərəkət edirlər. Bu baxımdan, Azərbaycan və Ermənistan rəhbərliyi bu təxribat cəhdlərinə, sülhə qarşı təbliğata cavab olaraq normallaşma prosesini sürətləndirməlidir. Xüsusən də Paşinyan administrasiyası tələsməlidir. İlk növbədə ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Bunu nə qədər tez reallaşdırsalar, yekun sülh sazişi bir o qədər erkən imzalanar. Çünki Ermənistanda seçkilər yaxınlaşır və özəlliklə Rusiya vəziyyəti gərginləşdirməyə çalışacaq".

Deputat vurğuladı ki, amerikalı siyasətçinin proqnozlarına baxmayaraq, Bakı və İrəvan sülh yolunda böyük məsafə qət edib, etimad mühiti möhkəmlənir, qarşılıqlı səfərlər, təmaslar var: “Rusiya və İranla yanaşı, Avropa İttifaqının da sülh prosesinə xələl gətirdiyini qeyd etmək lazımdır. Avropa İttifaqının Ermənistanla imzalanan sənədində sülh əleyhinə ifadələr yer alır. Bu mənada, biz sülhə mane olan bütün elementləri və təzyiq vasitələrini dəf etməli, tezliklə regiona dayanıqlı sülhün gəlməsinə nail olmalıyıq. Eləcə də Zəngəzur dəhlizinə nəzarət üçün Rusiya dəridən-qabıqdan çıxır, amma hər hansı müqavimət göstərə bilmir”.

Elxan Mirzəyev

Professor Elxan Mirzəyev Rusiya və İranın “mismarı eyni yerə vurduğunu” bildirdi. Onun ehtimalına görə, müttəfiq ölkələr regiona nəzarəti itirmək istəmir və bu niyyətlə sülhə əngəl olmağa çalışırlar: “Hazırda bölgədə proseslər elə cərəyan edir ki, müdaxilə imkanı qalmayıb. Azərbaycan və Ermənistan etimad mühitini gücləndirir ki, üçüncü tərəfin təsiri olmasın. Artıq bu yola çıxmışıq və sülh quruculuğuna əngəl olmaq mümkün görünmür. Əgər Rusiya və ya İran qarışmaq istəsə, dərhal etirazla qarşılanacaq. Ona görə aşkar və kobud müdaxilə edə bilmirlər”.

Onun sözlərinə görə, Rusiya 10 noyabr sənədinə qayıtmağı xəyal edir, İran isə Zəngəzur dəhlizinin açılmasının əleyhinədir: “Lakin hər iki tərəfin pozuculuq xarakteri daşıyan səyləri iflasa uğrayıb. Buna da səbəb bölgədə yeni formalaşan nizamdır. Azərbaycan hərb meydanında qələbədən sonra diplomatik cəbhədə də uğur qazanmaqdadır. Əvvəlcə vasitəçilərdən imtina olundu, ikitərəfli danışıqlarla sülh mətni hazırlandı, ardınca Vaşinqtonda paraflandı. Bu gün də delimitasiya işi gedir, yekun sülh sənədi üçün iş aparılır. Dəhliz də Trampın adını daşıyacaq deyə Rusiyanın nəzarət fürsəti əlindən çıxıb. Yəni Tehran və Moskva ciddi strateji itkilərlə üzləşib. Bu, Ukrayna, Suriya və Cənubi Qafqazda nəticələrini göstərməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az