• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
29-06-2025, 08:18

Rusiya nə etmək istəyir?

Rusiya nə etmək istəyir?


Yekaterinburqda baş verən son hadisələr, xüsusilə azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, Rusiyada son illərdə müşahidə olunan mənzərənin yalnız kiçik bir parçasıdır. Bu kimi olaylar birbaşa təsadüf deyil, ümumi tendensiyanın, köklü bir siyasi və sosial baxışın nəticəsidir. Hüquq-mühafizə orqanlarının davranışında, istər OMON-un, istərsə də digər strukturların fəaliyyətində müşahidə edilən sərtlik, artıq cinayətkarlıqla mübarizədən çox, müəyyən xalqlara qarşı yönəlmiş aqressiyanın ifadəsinə çevrilib. İnsanların yalnız etnik mənsubiyyətinə görə sıxışdırılması, incitməsi, zorakılığa məruz qalması, dövlətin rəsmi ritorikasında ifadə olunmasa belə, praktikada özünü aydın göstərir.

Rusiya tarixən çoxmillətli imperiya olub və bu müxtəlifliyin idarə olunması üçün zaman-zaman sərt metodlara əl atılıb. SSRİ dönəmindən miras qalan bu münasibət tərzi indi daha açıq, daha sistemli şəkildə təzahür edir. İndi artıq klassik qəliblər və formal qanunlarla maskalanmağa belə ehtiyac qalmayıb - vəziyyət elə bir səviyyəyə çatıb ki, hüquq-mühafizə orqanlarının təzyiqi, məhdudlaşdırmaları və bəzən zorakı müdaxilələri sadəcə adi hal kimi qəbul olunur. Bəzən bu davranışlar cəmiyyətin müəyyən təbəqələri tərəfindən də susqunluqla qarşılanır, bəzən isə açıq dəstək alır.

Ən narahatedici məqam isə odur ki, bu münasibətin yalnız bir hissəsi hüquqi və inzibati tədbirlər şəklində özünü göstərmir. Rusiya cəmiyyətində illərlə formalaşdırılan ideoloji zəmində "qeyri-rus" obrazı təhlükə, problem və sabitliyi pozan ünsür kimi təqdim olunub. Bu isə həm ictimai qavrayışda, həm də hüquq-mühafizə orqanlarının əməli fəaliyyətində nəticəsini verir. Burada məqsəd fərdi hüququn qorunması deyil, müəyyən etnik və dini qrupların sərhədlənməsi, idarə olunması, lazım gəldikdə isə aradan qaldırılmasıdır.

Ukrayna ilə bağlı baş verənlər də bu mənzərənin tərkib hissəsidir. Eyni dini, oxşar dili və tarix boyu sıx bağlılığı olan bir xalqa qarşı belə ağır hərbi müdaxilə həyata keçirildiyi halda, mədəniyyətcə və mənşəcə daha fərqli xalqlara - Orta Asiyadan, Qafqazdan gələn insanlara qarşı münasibətin necə olacağı artıq sual doğurmur. Bu davranış yalnız siyasi maraqlarla izah oluna bilməz. Burada daha dərin - tarixi, ideoloji və hətta psixoloji motivlər axtarmaq lazımdır.

Rusiyada bəzi anlayışlar son illərdə xüsusilə önə çıxarılıb - məsələn, "etnocinayətkarlıq". Bu ifadə hüquqi termin kimi təqdim edilsə də, onun altında dayanan məntiq təhlükəlidir. Bu, əslində müəyyən xalqları və ya etnik qrupları potensial təhlükə kimi qələmə verərək onlara qarşı sərt tədbirləri əsaslandırmaq cəhdidir. Beləliklə, qanunvericilik çərçivəsində azlıqda olan xalqlara qarşı sosial və hüquqi təzyiq mexanizmi yaradılır. Bu, uzunmüddətli perspektivdə cəmiyyətin daxilində daha dərin parçalanmalara, qarşıdurmalara yol açır.

Bütün bu proseslərdə dinin də ideoloji vasitəyə çevrilməsi ayrıca diqqət tələb edir. Rusiya Pravoslav Kilsəsinin rəsmi dairələrlə yaxın münasibəti, bəzi hallarda isə dövlətin siyasətinə açıq şəkildə dəstək verməsi, bu prosesləri daha da mürəkkəbləşdirir. Kilsə tribunasından verilən bəzi açıqlamalar, istifadə olunan ritorika, dövlətin həyata keçirdiyi sərt tədbirləri "milli maraqların müdafiəsi", "ənənəvi dəyərlərin qorunması" adı altında əsaslandırmağa çalışır. Halbuki bu, həm dinin öz mahiyyətinə, həm də müxtəlif xalqların birgə yaşama prinsiplərinə ziddir.

Azərbaycana gəldikdə isə, bu münasibətin illərdir davam edən müxtəlif təzahürləri olub. Tariximizin mühüm dönəmlərində - istər 1990-cı ilin 20 Yanvarında, istər Xocalı faciəsində, istərsə də torpaqlarımızın işğal olunub 30 ilə yaxın müddətə zəbt edilməsində - birbaşa və ya dolayı şəkildə Rusiya faktoru hiss olunub. Hər dəfə müxtəlif səbəblər göstərilsə də, bu müdaxilələrin kökündə Azərbaycanın müstəqil siyasət yürütmək cəhdləri, öz mövqeyini qoruma istəyi və əlbəttə, regionda dəyişən güc balansı dayanıb.

Son illərdə yaşanan hadisələr - Azərbaycana qarşı həyata keçirilən kiberhücumlar, ictimai və siyasi fiqurlarımızın Rusiya ərazisinə buraxılmaması, iqtisadi əlaqələrə yönəlik təsir cəhdləri - hamısı bir mərkəzdən idarə olunan strategiyanın parçalarıdır. Bu yanaşma tək Azərbaycana yox, ümumiyyətlə Rusiya sərhədləri daxilində və xaricində müstəqil düşünən, fərqli mövqe ortaya qoyan hər kəsə və hər kəsə tətbiq olunur.

Bütün bunlar fonunda, bugünkü Rusiya siyasəti ilə bağlı təkcə ayrı-ayrı hadisələri yox, bütövlükdə mövcud idarəçilik fəlsəfəsini, onun doğurduğu nəticələri və perspektivlərini düşünmək vacibdir. Mövcud yanaşma nə Rusiya xalqı üçün, nə də qonşu xalqlar üçün bir gələcək vəd etmir. Təbii ki, bu prosesin içində fərqli düşünən, fərqli mövqe tutan ruslar da az deyil. Lakin bu səslərin zəifliyi və təsirsizliyi sistemin möhkəmliyinə işarədir.

Bu gün baş verənlər təkcə hüquq-mühafizə orqanlarının sərtliyi deyil - bu, düşüncə tərzinin, idarəetmə modelinin və siyasi yanaşmanın nəticəsidir. Əgər bir ölkədə insanları milli mənsubiyyətinə görə kateqoriyalaşdırırlar, hüququnu sorğulayırlar, təhqirə və təzyiqə məruz qoyurlar, bu artıq fərdi problem deyil, dövlət quruluşuna aid məsələdir. Və bu proses nə qədər davam edərsə, sonradan qarşısını almaq bir o qədər çətin olacaq.//Milli.Az//

İslam
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az