[/center]Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram".
Nyus.Az

























