• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
13-09-2024, 09:53

Paşinyan hakimiyyətdən GEDƏ BİLƏR - Partiyası isə...

Paşinyan hakimiyyətdən GEDƏ BİLƏR - Partiyası isə...


Baş nazir dəyişsə belə, onun partiyası hakimiyyətdə qala bilər

Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana alternativi yoxdur. Bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Erməni Legionu”nun üzvü Albert Bazeyan deyib.

“Hazırda parlamentdə Paşinyanın impiçmenti məsələsinin müzakirəsini mənasız hesab edirik. Çünki "Vətəndaş Müqaviləsi" Partiyası orada mütləq çoxluğa malikdir. Bu durumda partiyası Paşinyana etimad göstərməyə bilər, amma onun yerinə baş nazir kimi Papikyan, Simonyan və ya Mirzoyanı seçəcəklər", - siyasətçi qeyd edib.

Bazeyanın fikrincə, rəhbərlik etdiyi revanşist “Vətən naminə Tavuş” hərəkatının yeni aksiyalarını elan edən yepiskop Baqrat Qalstanyan Paşinyanı devirə bilməyəcək: “Xalq yepiskopun çağırışı ilə getməyəcək, çünki alternativi yoxdur, insanlar ona qarşı alternativ görmürlər. Yepiskopun dəstəkçiləri kimlərdir: Robert Köçəryanın ”Ermənistan" bloku, Serj Sərkisyanın “Şərəfim Var” alyansı. Camaat onları görür - eyni simalar, eyni adamlar".

Keçmiş vitse-spikerin sözlərinə görə, Ermənistan cəmiyyəti yenidən Köçəryan və ya Sərkisyanı hakimiyyətdə görmək istəmir.

Paşinyan özbaşına deyil və müstəqil siyasət də yürütmür. Onu həmin posta gətirən ayrı-ayrı Qərb dövlətləri və institutları qarşısında konkret öhdəlikləri var. Ən vacib öhdəlik isə Rusiyanın regiondan tədricən də olsa sıxışdırılıb çıxarılmasından ibarətdir. Həmin öhdəliklər hələ yerinə yetirilməyib, bu isə o deməkdir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun istefasında maraqlı deyillər və buna da heç bir halda imkan verməzlər.

Rusiya da Paşinyana əvəz axtarmağa həvəsli ola bilər. Amma bu, elə namizəd olmalıdır ki, həm xalq tərəfindən qəbul edilsin, həm də Qərbə arxa çevirə biləcək gücdə olsun. Bu isə çox müşkül məsələdir və indiki halda faktiki olaraq mümkün deyil. Lakin bir şey aydındır ki, istər Paşinyan, istərsə də hakimiyyətdə onu əvəzləyəcək hər hansı bir şəxsin artıq gedən prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur.

Paşinyanın “üç badam, bir qoz...” (zatən onlar da Qərbin kadrlarıdır və prinsipcə, siyasətdə heç nə dəyişməyəcək) siyasətinin perspektivi varmı?


Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, erməni siyasətçi Albert Bazeyan əslində Ermənistan siyasi palitrasının, cəmiyyətinin durumunu olduğu kimi ifadə edib: “Bu gün Ermənistanda hakimiyyət komandasından kənarda Nikol Paşinyanı əvəz edə biləcək, cəmiyyət tərəfindən dəstək qazanacaq siyasi lider yoxdur. Hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan cütlüyü hakimiyyətdə uzun müddət olduqları dövrdə cinayətə bulaşıblar. Onlar öz xalqlarına qarşı da cinayətlərə yol veriblər, ölkəni bataqlığa salıblar və ölkə hələ də məhz həmin canilərin onu saldığı bataqlıqdan qurtula bilmir. Robert Köçəryan son üç ildə bir neçə dəfə Nikol Paşinyanı devirməyə cəhdlər elədi. Lakin xalq Köçəryan və ona bağlı olan qüvvələrə etimad göstərmədiyi üçün Paşinyanı yıxmaq planları puça çıxdı. Paşinyan hakimiyyətinə müxalifətdə olan həmin qüvvələr Ermənistan cəmiyyətində o qədər nüfuzdan düşüb ki, müharibədə məğlub olmuş Paşinyanın partiyası müharibədən sonra keçirilən seçkilərdə qalib gəldi. Bu, dünya tarixində analoqu olmayan hadisə idi. Bu ona görə baş verdi ki, erməni cəmiyyəti ən pislə nisbətən pis arasında seçim etmək vəziyyəti ilə üz-üzə qaldı. Nəticə isə bəllidir. Keşiş Baqrat Qalstyan son bir ilə yaxın müddətdə çox çalışdı ki, Paşinyan iqtidarının ciddi müxalifətinə çevrilsin və xalqı ayağa qaldırıb hakimiyyəti dəyişsin. Ancaq Baqratın da arxasında Köçəryan və Sərkisyan cütlüyünün dayandığını görən xalq onun təşkil etdiyi mitinqlərə, yürüşlərə qoşulmadı. Keşiş Baqrat hakimiyyəti yıxacaq səviyyədə aksiyalar təşkil edə bilmədi. Beləliklə, Nikol Paşinyanın əslində bəxti ondan gətirib ki, ona qarşı olan müxalifətə xalq inanmır. Bunu hətta bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıq etiraf etmişdi. Simonyan deyib ki, bu cür müxalifətin olması bizim şansımızdır”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyanın komandasının əsas simalarının da Qərbin yetirmələri olduğu bəllidir: “Paşinyanı hakimiyyətə gətirən və onun hakimiyyətini qoruyan böyük güclər elə bir siyasət işləyiblər ki, sabah Paşinyan hər hansı səbəbdən baş nazir vəzifəsindən gedəsi olsa, hakimiyyət dəyişməyəcək, onun partiyası yenə hakimiyyətdə qalacaq, sadəcə, baş nazir böyük ehtimalla Papikyan, Simonyan və ya Mirzoyan olacaq. Paşinyanın qurduğu bu sistemin uzun müddət dayanıqlı olub-olmayacağı isə həm Rusiyanın mövqeyindən, həm də Qərbin ona bundan sonra da hansı həddə qədər dəstək verib-verməyəcəyindən, ortaya xalqın etimadını qazana biləcək siyasi liderin çıxıb-çıxmayacağından asılı olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az