• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
9-09-2024, 09:52

Azərbaycan-İtaliya iqtisadi əlaqələrində yeni mərhələ - Prezidentin Roma uğuru

Azərbaycan-İtaliya iqtisadi əlaqələrində yeni mərhələ - Prezidentin Roma uğuru


Azərbaycanın İtaliya ilə münasibətlərinin dostluq, qarşılıqlı əməkdaşlıq xətti üzrə getdikcə dərinləşməsi qeydə alınmaqdadır.

Bu münasibətlərdə iqtisadi əməkdaşlıq xəttinin rolu ciddi və mühümdür. Azərbaycanın müstəqillik əldə etdikdən sonra oz enerjidaşıyıcılarını dünya bazarına çıxarması prosesində İtaliyanın mühüm müsbət rolu indi də qalmaqdadır. Avropa İttifaqı və ABŞ-la bilavasitə əməkdaşlıq şəraitində icra olunan neft-qaz müqavilələrindən əldə edilən məhsulun dünya bazarına İtaliyadan çıxarılması iki ölkə arasındakı münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu amil İtaliya ilə Azərbaycanın əməkdaşlığının şaxələndirilməsi üçün əlverişli müstəvi formalaşdırıb. Bu gün iki ölkənin qarşılıqlı iqtisadi münasibətləri çoxşaxəli olmaqla neft-qaz, enerji, kənd təsərrüfatı, tikinti, hərbi sənaye və digər istiqamətləri əhatə edir.

Prezident İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında da qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. İki ölkə arasında bu əməkdaşlığı rəsmiləşdirən müvafiq bəyannamə 10 il əvvəl imzalanıb.



Ölkələr arasında iqtisadi tərəfdaşlıq da strateji səviyyəyə yüksəlib. Artıq uzun illərdir ki, Azərbaycan İtaliyanın bir nömrəli neft təchizatçısıdır. İtaliyanın Triest limanına çatdırılan Bakı neftinin dəyəri elə illər olub ki, 17-18 milyard dollar təşkil edib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3,4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Burada əsas pay neft və qazındır: Azərbaycanın ən böyük qaz ixrac sisteminin – Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Xəttinin çıxış nöqtəsi İtaliyadır. 2020-ci il dekabrın 31-dən iCənub Qaz Dəhlizi ilə Avropaya, əsasən də İtaliyaya Azərbaycan qazının nəqlinə başlanıb. 2023-cü ildə İtaliyaya təxminən 5 milyard avroya yaxın dəyərində 10 milyard kubmetrə yaxın qaz ixrac olunub. Hazırda Azərbaycan İtaliyanın ikinci böyük qaz təchizatçısıdır. 2025-ci ildən bu rolun daha da artacağı gözlənilir: 2025-ci ilin 1 yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini tam dayandıracağını bəyan edib. Bu, İtaliyanın qış aylarında daha çox təbii qaza ehtiyacının yaranacağı deməkdir. Azərbaycanın bu prosesdə dostluq münasibətlərindən çıxış edərək İtaliyaya zəruri qaz həcmlərinin təchizatına töhfə verəcəyi şübhəsizdir.



İtaliyada bitən Cənub Qaz Dəhlizi və onun son seqmenti olan TAP-la yalnız Roma deyil, daha 7 Avropa İttifaqı ölkəsi qaz alır. Bu ölkələr birtərəfli qaz təchizatı şəbəkəsinə görə Aİ-nin “yumşaq qarnı” hesab olunurlar. Azərbaycan məhz bu həssas ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir.

Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan qaz hasilatını artırmaqla yanaşı, alternative mənbələrdən enerji istehsalını sürətlə artırmaqla böyük həcmdə qazın Avropaya ixrac üçün enerji istehsalından kənarlaşmasını təmin edir.

Qeyd edək ki, İtaliya şirkətləri ölkələr arasındakı qarşılıqlı hörmət və dərin münasibətlərə əsaslanan əməkdaşlıqdan bəhrələnərək Azərbaycana investisiya yatırırlar. İndiyədək İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycanın İtaliyaya sərmayələrinin həcmi isə 1,7 milyard ABŞ dolları təşkil edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. İtaliyanın Azərbaycanın qeyri-neft ixracında payı artır.



Prezident İlham Əliyevin səfəri zamanı İtaliyanın və dünyanın ən böyük enerji şirkətlərindən olan “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələri müəyyən olunub. Açıqlanan məlumata görə, SOCAR ilə “Eni” şirkəti arasında sənəd imzalanacaq. Prezident İlham Əliyev sentyabrın 5-də Romada “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb. Görüşdə qeyd olunub ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

Məlumat üçün qeyd edək ki, İtaliyanın enerji nəhəngi bir müddət əvvəl Azərbaycan neft-qaz sektorunda kəşfiyyat layihəsində iştirak edib. Hasilat sahəsində “Eni” “Şahdəniz”də Rusiyanın Lukoyl şirkəti ilə müştərək (LUkAgippo) şəkildə 5 faiz paya malik olub, lakin sonra bütün payını LUKoil-a satıb. Buna baxmayaraq, şirkət Azərbaycandan tamamilə getməyərək özünün Saipem törəmə şirkəti vasitəsi ilə 25 ilə yaxındır ki, ölkəmizdə neft-qaz xidmət layihələrində aktiv iştirak edir.

İndi “Eni” SOCAR-la üçüncü ölkələrdə birgə layihələrdə iştiraka dair razılaşma əldə edib. Bu, yalnız şirkətlər arasında deyil, bütövlükdə ölkələr arasında münasibətlərin yeni fazaya daxil olmasından xəbər verir.



Məlumdur ki, İtaliya Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində daim ədalətli yanaşma sərgiləyib. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. İtaliya parlamentariləri Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. Bu mövqeyə görə erməni diasporu İtaliya əleyhinə ciddi təbliğat başladıb, rəsmi Romanın mövqeyinə təsir göstərmək üçün çoxsaylı cəhdlər edilib. Bu cəhdlərin uğursuz qaldığının ən bariz nümunəsi Azərbaycan Prezidentinin bilavasitə İtaliya Prezidenti tərəfindən Beynəlxalq Çernobbio Forumuna dəvət olunması, Romada çox yüksək səviyyədə qarşılanmasıdır.



İrəvanın etirazlarına rəğmən, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda ölkənin üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir.

Bunlardan əlavə, Azərbaycanda ən böyük istilik elektrik stansiyasının tikintisi İtaliya şirkətinə həvalə edilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində layihəyə cəlb olunan “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulanıb. Bildirilib ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycan həmçinin hərbi-sənaye, aviasiya sahəsində də İtaliya ilə əməkdaşlıq edir. Bu ilin iyununda İtaliyanın təhlükəsizlik və müdafiə sənayesi şirkəti "Leonardo" Azərbaycana taktiki nəqliyyat təyyarəsinin ən təkmil versiyası olan iki turbinli “C27J Spartan”ı satdığını açıqlayıb.



Bəzi mənbələr bu şirkətlə əməkdaşlığın həm də hərbi tərəfinin olduğunu iddia etsələr də, bu istiqamətdə hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, "Leonardo" şirkəti 1948-ci ildə yaradılıb. Mərkəzi ofisi Romada yerləşən korporasiyada 50 min nəfərə yaxın insan çalışır. İllik maliyyə dövriyyəsi 20 milyard, gəliri isə 1 milyard avrodan çoxdur.

Şirkətin "Thales Alenia Space", "SELEX Sistemi Integrati", "Alenia Aermacchi", "AnsaldoBreda" və "AgustaWestland" kimi törəmə şirkətləri mövcuddur. "Leonardo" hazırda İtaliyanın ən böyük sənaye müəssisələrindən biridir. Onun struktur bölmələri müdafiə, enerji, helikopter, qırıcı, telekommunikasiya və nəqliyyat sahəsində sifarişlər icra edir.

Qeyd olunanlar göstərir ki, Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin daha da inkişafı hər iki ölkə üçün qarşılıqlı fayda gətirir. Bu baxımdan qarşıdakı illərdə Roma ilə Bakının əməkdaşlıq sferalarının genişlənməsi təəccüblü olmayacaq.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az