
ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
Nyus.Az report.az-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:
"Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq".
Nyus.Az

























