Fransa Azərbaycandakı səfirini geri çağırdı - Makron onunla dərhal görüşdü
Fransa rəhbərliyi Bakının hərəkətlərinin ikitərəfli münasibətlərə xələl gətirdiyini düşündüyü üçün ölkənin Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb.
Nyus.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məsləhətləşmələrin məzmununun nədən ibarət olduğu barədə məlumat verilməyib.
Fransa prezidenti Emmanuel Makronun artıq səfir Ann Boyon ilə görüş keçirdiyi vurğulanır. Bu barədə Haqqın.az saytı da məlumat yayıb. //Musavat.com //