Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyini təsdiqlədi - YENİLƏNİB
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün 28-29 fevral tarixlərində Berlində keçirilməsi planlaşdırılır.
Bunu milli.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
---------
16:54
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş fevralın 28-29-u Almaniyanın paytaxtı Berlində keçiriləcək.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.