• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
12-12-2023, 09:14

Sülh sənədi imzalanmaq üçün masada (?) - Əliyevin anons etdiyi o tarix...

Sülh sənədi imzalanmaq üçün masada (?) - Əliyevin anons etdiyi o tarix...



Sazişdə “Qarabağ məsələsi” qeyd olunmayacaq; “Birbaşa danışıqlar və inam atmosferinin yaradılması ilə bağlı atılan addımlar ondan xəbər verir ki...”

2023-cü ilin başa çatmasına az qalır. Bu ilin Azərbaycan və Ermənistan arasında sülh anlaşması ili kimi tarixə düşüb-düşməyəcəyi sualı isə hələ açıq qalır. Hələ ki nikbin təhlilçilər bu xüsusda ümidlərini itirməyiblər. Bəzi siyasi şərhçilər isə hətta belə bir sənədin imzalanmasından sonra da aradakı gərginliyin tezliklə aradan qalxmayacağı qənaətindədir. Çünki onların nəzərincə, qarşılıqlı etimad mühiti üçün əlavə vaxt lazımdır.

Sülh müqaviləsinin mümkünlüyü ətrafında intriqa isə davam edir. Bu, özəlliklə də kapitulyant ölkədə özünü büruzə verməkdədir. O sırada radikal-revanşist qüvvələr əlindən gələni edir ki, N.Paşinyan hökuməti Bakı ilə hər hansı sənədə imza atmasın. Səbəb sadə: onlar hələ də “miatsum” mərəzi ilə, “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar.

Bu arada Ermənistan parlamentinin müxalifətdən olan üç deputatı - Kristin Vardanyan, Anna Qriqoryan və Geqam Manukyan Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı iki ölkənin son təklifləri ilə tanış olduğunu bildiriblər. Bu haqda onların birgə açıqlamasında iddia edilir.

Onların sözlərinə görə, israrlı müraciətlərdən sonra Ermənistan XİN-də sülh sazişinin müzakirə edilən mətni ilə tanış olmaq imkanı yaradılıb. “Bu anda aşağıdakıları qeyd edə bilərik: tam məxfi kimi qeyd olunan sənədin bütün bəndlərini dərc edə bilməsək də, qeyd edək ki, təkliflərlə tanışlıq onun təhlükəsini təsdiqlədi və bu məsələ ilə bağlı əvvəllər söylədiyimiz bütün qorxuları gücləndirdi”, - birgə açıqlamada vurğulanır.

Əgər erməni radikallar mətndən narazıdırlarsa, demək, sənəd Azərbaycanın maraqlarına cavab verir söyləmək olar.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan isə 11 dekabrda verdiyi açıqlamada bildirib ki, bu gün masanın üstündə bir sülh sazişi var və onda olan məlumata görə, sənəd tezliklə imzalanmağa yaxındır: “Bu gün masanın üstündə sülh sazişi adlandırılan sənəd var. Məndə olan məlumata görə, o, kifayət qədər irəli çəkilib və imzalanmağa yaxındır”.

10 il Robert Köçəryan dönəmində Ermənistan XİN-ə rəhbərlik etmiş və təbii ki, Ermənistandakı Rusiya maraqlarının təminatçısı olan hökumətin əsas üzvlərindən olmuş Oskanyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən ciddi narazılığını bildirib. O qeyd edib ki, həmin sənəddə keçmiş qondarma quruma aid bir kəlmə də yer almayıb: “Əvvəllər bu sənəddə, səhv etmirəmsə, "artsax xalqı"nın hüquq və müstəqilliyindən bəhs edən 9-cu bənd var idi, bu gün həmin bənd bu sazişdən çıxarılıb, mövcud deyil, ümumiyyətlə, bu barədə heç bir qeyd yoxdur. Müqavilə belə məzmunda imzalansa, o zaman “artsax” səhifəsini bağlayacağıq. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ermənilərin “artsax”ı unutmalı olduğunu deyib..."

Bununla yanaşı, revanşist mövqeyindən əl çəkməyən Oskanyan bəyan edib ki, Azərbaycan tərəfi bu müqaviləni erməni xalqı ilə deyil, Nikol Paşinyanla və onun hökuməti ilə imzalayacaq. Oskanyan qeyd edib ki, “əgər bu, həqiqətən də sülh sazişidirsə, "artsax xalqı"nın öz evinə qayıtması bu sazişin bir hissəsi olmalıdır".

Oskanyanın fikrincə, Ermənistan hakimiyyəti bu sənədi imzalamaqla “artsax”ı unutmağa aparacaq.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, son variantda erməni tərəfinin sülh anlaşmasına zəmanət institutunun yaradılması təklifi də yer alır.

Prezident İlham Əliyev isə “Euronews” televiziyasına son müsahibəsində Ermənistanla Azərbaycan arasında sülhə nail olunması ilə bağlı suala belə aydınlıq gətirib: “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir".

Prezident vurğulayıb ki, rəsmi Baka az öncə İrəvandan aldığı ən son təklifləri dəyərləndirəcək və öz şərhlərini verəcək: “Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Maraqlıdır ki, dekabrın 11-də Brüsseldə “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan) XİN başçıları səviyyəsində görüşü çərçivəsində azərbaycanlı nazir Ceyhun Bayramovla onun erməni həmkarı Ararat Mirzoyan arasında ikitərəfli danışıqlar nəzərdə tutulmayıb.

Ermənistandakı revanşist qüvvələrin isə Paşinyana Azərbaycanla sülh sazişi imzalamaqdan yayınması üçün təzyiqləri davam etdirəcəyi açıq görünür.





Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı radikal qüvvələr, Qarabağ klanı əgər Nikol Paşinyan üçün məğlubiyyətlə sonuclanan İkinci Qarabağ müharibəsindən sonra onu devirə bilmədilərsə, onların indi müqaviməti Paşinyanın qarşısını kəsə bilməyəcək: "Əgər Paşinyan həqiqətən də sülh sazişi imzalamaq qərarındadırsa və imzalayarsa, həmin qüvvələr ona zərər vura bilməyəcəklər. Revanşist qüvvələr sülh sazişinə qarşı olan qüvvələrdir və onlar heç bir seçkidə qələbə qazana bilmirlər, keçirdikləri mitinqlərə xalq qoşulmur. Paşinyan sülh sazişini imzalamaq qərarını elan etsə və imzalasa, radikal revanşistlər xalqı küçələrə çıxarmağa çalışacaqlar. Amma yenə xalqı küçələrə çıxarmaq mümkün olmayacaq. Çünki erməni cəmiyyətinin çoxluğu da artıq müharibə istəmir. Ona görə də İkinci Qarabağ müharibəsindən sonra yenidən Nikol Paşinyana səs verdilər ki, müharibə olmasın və övladlarını yenidən ölümə göndərməsinlər. Paşinyana ona görə mandat verdilər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşsın. Bu, erməni cəmiyyətinin əksər hissəsinin sifarişi idi ki, Paşinyan onu yerinə yetirəcək. Əlbəttə, bu o demək deyil ki, 2023-cü ilin sonuna kimi sülh sazişi imzalanacaq. Amma hadisələrin gedişatı göstərir ki, birabaşa danışıqlar və inam atmosferinin yaradılması ilə bağlı atılan addımlar ondan xəbər verir ki, bu il olmasa da gələn il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Revanşist ermənilərdən ən çox hürməklə məşğul olan keçmiş xarici işlər naziri Vardan Oskanyandır. O, sülh sazişinin masa üzərində olduğunu bəyan edir və sazişin qarşısını almaq üçün xalqı küçələrə səsləyir. Amma heç bir çağırışına xalqdan reaksiya yoxdur. Son açıqlaması da budur ki, sülh sazişi sənədində Qarabağ məsələsi əksini tapmır. Bəli, əksini tapmayacaq. Çünki Qarabağ məsələsi artıq mövcud deyil. Azərbaycanın mövqeyi belədir ki, Qarabağ məsələsi sülh sazişinə qoyula bilməz. Erməni cəmiyyətinin də böyük hissəsi artıq bunu qəbul edir. Çünki yeni gərginliyi istəmir".

Azərbaycan cəmiyyətinin yanaşmasına gəlincə, E.Şahinoğlu hesab edir ki, cəmiyyətdə və siyasi ekspertlər arasında Azərbaycanla Ermənistan arasındakı münasibətlərə dair əsasən iki yanaşma formalaşıb: "Birinci yanaşma bundan ibarətdir ki, Azərbaycan qalib ölkə olduğundan məğlub ölkəyə şərtlərini diqtə etməli, Ermənistanı daha çox sıxmalıdır. Bu sıraya Zəngəzur dəhlizinin güc yolu ilə reallaşmasından tutmuş, Ermənistanın Azərbaycana təzminat ödəməsinə dair bəndlər aiddir. Bu yanaşmanı dəstəkləyənlər növbəti müharibəni də istisna etmirlər. İkinci yanaşma isə bundan ibarətdir ki, 100 illik problemimizi - ərazi bütövlüyümüzü bərpa və Qarabağ üzərində suverenliyimizi tam təmin etdikdən və yerdə qalan kəndlərimizi geri qaytardıqdan sonra dünyadakı və bölgədəki reallıqları da nəzərə alaraq sülh sazişinin imzalanmasına çalışmalıyıq. Bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycana təhlükə yaranmayacağı halda Ermənistanla müharibəyə ehtiyac yoxdur. Azərbaycan Qarabağda quruculuq və məskunlaşma işlərini hədəfləməli, Ermənistanla müxtəlif səviyyələrdə dialoqu genişləndirməyə çalışmalıdır. Bu, Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri də neytrallaşdıracaq, elə son əsir dəyişməsini bəyanatı ilə bəyənməyən ölkə və beynəlxalq təşkilat qalmadı. Azərbaycanın bu siyasəti 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsinə şərait yaratdı.

Müharibədə qələbə qazandıq, separatizmə son qoyduq, Ermənistan bundan sonra hərbi və təhlükəsizlik sahəsində Azərbaycanla ayaqlaşa bilməyəcək. Bununla yanaşı, Azərbaycan dialoqa və yumşaq gücə üstünlük verməklə sülh və regional əməkdaşlığı reallığa çevirəcək, arzuladığımız “Qafqaz evi” layihəsini yaxınlaşdıracaq.

Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəklərsə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilarlarda və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda, iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərginlik axarına qayıdacaq. Bundan başqa, xarici siyasi mərkəzlər də Azərbaycan əleyhinə “etnik təmizləmə” və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidirlər. Çünki onların bu addımları Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az