• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-01-2018, 09:21

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır
Deputatlarımız sessiyada son dəfə çıxış edəcək Ermənistan prezidentinə hansı sualları verəcək? Politoloq: “Sərkisyana suallarım bu olardı ki...”

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sərkisyan məruzə edəcək. Yanvarın 26-da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. Azərbaycanla bağlı sessiyada hər hansı bir məsələnin müzakirəsi gözlənilmir.

Ermənistan prezidenti AŞ PA-da prezident qismində son çıxışını edəcək. Əli Xocalı faciəsində günahsız insanların qanına batan və bunu özü də etiraf edən Sərkisyana çətin anlar yaşatmaq, həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırmaq üçün Azərbaycan tərəfinin kifayət qədər imkanları var və bundan nümayəndə heyətimizin yararlanacağı gözlənilir.

Deputatlarımızın hansı sualları ona verəcəkləri ilə bağlı mövqelərini almaq istəsək də, mümkün olmadı. Politoloq Nəzakət Məmmədova isə qaniçən erməni rəhbərə verilməli olan vacib sualları sadaladı: “Sərkisyana sualım bu olardı ki, tarix, dünya sivilizasiyası qarşısında ölkəsini hərbə, xalqını səfalətə sürükləməyi səbəbindən bir gün baş verəcək İlahi ədalət məhkəməsindən, lap elə Haaqa Tribunalı qarşısında durmaqdan qorxmurmu? Özünü bunlardan necə sığortalaya bilib? Deputatlarımız yəqin ki, özləri ona müvafiq suallarla müraciət edəcəklər. Amma düşmən ölkə prezidentinə əlbəttə ki, onun həm Qarabağda vuruşmuş və müharibə qanunlarını pozmuş keçmiş hərbçi, həm danışıqlarda qeyri-konstruktiv mövqe tutan siyasətçi kimi əməllərini ifşaedici suallar verilməsi məqsədəuyğundur. Şübhəsiz ki, Qarabağ münaqişəsi və Ermənistan işğalı, Ermənistanın bir dövlət kimi işğalçılıq siyasəti ucbatından mühüm layihələrdən təcrid olunması, regional sabitliyə təhlükə olması kimi suallar verilməsi məqsədəuyğun olardı. Məsələn, sual oluna bilər ki, Ermənistan həm Rusiya, həm Avropa Birliyi ilə müvafiq müttəfiqlik və tərəfdaşlıq sazişləri imzalayıb, amma bunlar formal xarakter daşıyır, ölkə siyasi, hərbi, iqtisadi cəhətdən tamamilə asılı vəziyyətdədir. Bunun məsuliyyətinin altından necə çıxmağı düşünür? Rusiya, Avropa Birliyi qarşısında üzərinə ikiqat öhdəliklər üzərinə götürən ölkə niyə adi prinsipə - Azərbaycanın suverenliyinə hörmət etmir?! Ermənistanda konstitusiyanın qeyri-demokratik yolla dəyişdirilməsi, siyasi sistemdə edilən dəyişikliklər vasitəsilə yenidən başqa postda da olsa faktiki ölkənin başına keçməsi Avropa dəyərlərinə və demokratiyaya, hakimiyyətin bölünməsinin prinsiplərinə nə dərəcədə uyğundur?! Hərbi-siyasi avtoritarizm rejimi Ermənistanı bir dövlət kimi sivil dünyadan, demokratik dəyərlərdən getdikcə uzaqlaşdırır. O, bunun fərqindədirmi?! Türkiyə ilə protokolları ratifikasiya etməyən, Azərbaycan ərazisini işğal altında saxlayan ölkə iqtisadi və siyasi cəhətdən başqalarından asılı olduğu halda Avropa demokratik ailəsinə üzvlüyə nə haqla iddia edə bilər?! Öz müqəddəratını təyinetmə adı altında ikinci erməni dövləti yaratmaq iddiasını hərbi təcavüz vasitəsilə həyata keçirməkdənsə, Ermənistan prezidenti ölkəsini demokratik, iqtisadi cəhətdən inkişaf etmiş cəzbedici ölkəyə çevirməklə Qarabağdakı erməni əhalinin ora köçməsini daha məqsədəuyğun hesab etmirmi?! Ermənistan vətəndaşı olan əsgərlərin başqa bir suveren dövlətin ərazisində nə işi var, bu hansı qanunla tənzimlənir, zorla Qarabağa, başqasının torpağına vuruşmağa göndərilərək orada həlak olan hərbçilərin ailələrinə, əsgər analarına Ermənistan hökuməti vəziyyəti necə izah edir?!”

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Xanım politoloq Sərkisyanın çıxışında nələrə toxuna biləcəyini də qeyd etdi: “Sərkisyan çox böyük ehtimalla ilk növbədə ölkəsinin guya demokratiyaya, Avropa dəyərlərinə sadiq olmasını, bu ilin noyabr ayında Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamasını xüsusi vurğulayacaqdır. Qarabağ məsələsində xalqların öz müqəddəratını təyinetmə prinsipini uğrunda guya mübarizə aparan Qarabağ ermənilərinə dəstək verməsini qeyd edərək, Ermənistanın guya xristianlığı dünyada ilk dəfə dövlət dini kimi qəbul etməsi yalanını vurğulaya bilər. Əvvəlki çıxışlarında olduğu kimi, Qarabağın Avropa ailəsinin üzvü olduğunu vurğulayaraq, məsələnin Azərbaycanın yurisdiksiyasından çıxararaq guya demokratiyaya, insan haqları, dözümlülük prinsipi əsasında həll olunmasının vacibliyini diqqətə çatdıra bilər. Türkiyə ilə protokolların ratifikasiya olunmamasını guya Türkiyənin Qarabağa dair əlavə şərtlər irəli sürmüşdü səbəbindən olması iddiasi ilə məsuliyyəti Türkiyənin üzərinə atması gözlənilir. Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən guya blokada saxlanılması, uydurma ”soyqırımı"nın tanınması zərurəti, Minsk Qrupu çərçivəsindəki danışıqlarda guya ölkəsinin konstruktiv mövqe tutması, Azərbaycanda isə əvvəlki çıxışlarında olduğu kimi guya ermənifobiyanın, rasizmin olması barədə əsassız iddialar səsləndirə bilər. Martda keçiriləcək seçkilərdə guya demokratiyaya, insan hüquqları, qanunun aliliyi kimi universal dəyərlərə sadiq qalacaqları, seçkilərin demokratik qaydalara uyğun keçiriləcəyi vədi verəcəyi gözlənilir. Mümkündür ki, diasporunun dəstəyini qazanmaq üçün Suriya münaqişəsi və burada guya əzabkeş ermənilərin yaşadıqları çətinliklər məsələsinə də toxunsun. Bakı-Qars kimi Avrasiyanın birləşdirən nəhəng beynəlxalq layihələrdə iştirak etmək istədiklərini, amma Azərbaycan və Türkiyə tərəfindən təcrid olunduqlarını vurğulaması gözlənilə bilər. Ölkəsinin guya Avropa Birliyi ilə saziş imzalamaqla körpü rolu oynaması iddiasının da səsləndirilməsi mümkündür. Avropa Şurasının Ermənistana dair monitorinqinin nəticələrinə görə, 2005-ci illə müqayisədə 2017-ci ildə ölkədə məhkumların sayı 48 faiz artıb. Məhkumların gündəlik saxlanılması şəraiti və xərclər isə tələb olunan standartlardan xeyli aşağıdır. Bu, Ermənistanda insan hüquqlarını pozulması anlamına gəlmir ki? Belə olan şəraitdə hansı insan hüquqlarından danışmaq olar? Eyni zamanda cinayətkarlığın artmasına səbəblərindən biri də sosial durumun ağır olması, işsizlik və s. səbəblərdir. Ermənistan hökuməti daxildə sosial vəziyyəti yüksəltməkdənsə, hərbi xərcləri artıraraq qonşu ölkə ilə müharibə vəziyyəti davam etdirərək öz əhalisinin də hüquqlarını pozmuş olur. Belə halda hansı sabitlikdən, insan hüquqlarından danışmaq olar?!"

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az