• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
5-12-2023, 08:50

“Putinin qələbəsinə imkan verilməyəcək...” - ABŞ hərəkətə keçir

“Putinin qələbəsinə imkan verilməyəcək...” - ABŞ hərəkətə keçir


Kremlə elə gəlir ki, Qərbin başı Yaxın Şərqə qarışacaq və Ukrayna onun alçaldıcı şərtlərini qəbul etməli olacaq, lakin Pentaqon rəhbəri “imkan verməyəcəyik” mesajını ötürdü
İsrail - HƏMAS savaşı Rusiyada bir məmnunluq yaradıb. Moskva bunu heç gizlətmir də. Kreml inanır ki, ABŞ-ın İsrailə hərbi dəstəyi onun Ukraynaya diqqətini və hərbi yardımlarını mütləq azaldacaq və enində-sonunda Kiyev Moskvanın alçaldıcı şərtlərini qəbul etməli olacaq. Ancaq nədənsə Kremldə məsələnin bu tərəfini düşünmək istəmirlər ki, bu Rusiya-Ukrayna yox, Rusiya-Qərb (ABŞ) savaşıdır.

Qərb (ABŞ) sırf məğlubiyyət variantını yaxına buraxmaz. Əks halda, onun dünyadakı imici darmadağın olar, Amerikaya inanan, etibar edən qalmaz. “Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmaq lazımdır”. Bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Müharibələr mərhələlərlə inkişaf edir. Amma biz pis gündə də Ukraynanı dəstəkləməliyik. Sursat istehsalının artırılması həlledici əhəmiyyət daşıyır”, - Stoltenberq qeyd edib. Öz növbəsində Pentaqon rəhbəri Lloyd Ostin isə Kaliforniyada Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı bildirib ki, ABŞ Ukrayna ilə müharibədə Rusiyanın, İsraillə münaqişədə isə HƏMAS-ın qalib gəlməsinə imkan verməyəcək.

“Biz HƏMAS və ya Putinin qalib gəlməsinə imkan verməyəcəyik. Düşmənlərimizin bizi parçalamasına, zəiflətməsinə imkan verməyəcəyik. Buna görə də İsrailə dəstəyimizi artırsaq da, diqqətimizi Ukraynaya yönəltmişik”, - Ostin əlavə edib. Onun sözləri ABŞ Müdafiə Nazirliyinin saytında yer alıb. Pentaqon rəhbəri həmçinin deyib ki, Birləşmiş Ştatlar eyni anda hərbi əməliyyatların “birdən çox teatrına” yardım göndərmək imkanını saxlayır. Çünki onun fikrincə, Birləşmiş Ştatlar dünyanın eyni vaxtda bir neçə vəzifəni yerinə yetirə bilən ən qüdrətli dövlətidir.

“Ukraynanın son altı aydakı əsas uğuru Qara dənizdəki qələbəsidir”. Yel Universitetinin professoru Timoti Snayder deyib. “Ukrayna ordusunun son altı ayda əldə etdiyi ən böyük nailiyyət - Qara dənizdə hərbi qələbəsi faktiki olaraq diqqətdən kənarda qalır. Bəzi jurnalistlər bunu işıqlandırdı, amma ümumilikdə insanların əksəriyyəti bunun yanından keçdi. Bunda əhəmiyyətli bir şey var. Bu, dəniz qələbəsidir”, - Snayder bildirib. Snayderin sözlərinə görə, ukraynalılar hər kəsi təəccübləndirərək Rusiyanın Qara dəniz donanmasının qarşısını ala bildilər və taxıl ticarəti üçün dəhliz açdılar. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə etiraf edib ki, ölkədə hazırkı hakimiyyətin yeritdiyi siyasətlə bağlı qıcıqlanma artır. Onun sözlərinə görə, ukraynalıların narazılığı Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki uğursuzluqları, eləcə də dövlət məmurları arasında artan korrupsiya ilə bağlıdır.

ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə vəsaitə ciddi ehtiyac duyur. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsində belə bildirib. O qeyd edib ki, İsrail və ABŞ-ın öz təhlükəsizliyi üçün də maliyyə lazımdır. “Deyim ki, bizim təklif etdiyimiz əlavə maliyyə sorğusuna Ukrayna üçün pul daxildir və bu da bizə çox lazımdır. Orada həmçinin İsrail və sərhədlərimizin təhlükəsizliyi üçün vəsait nəzərdə tutulur”, - Kirbi bildirib.

Ümumiyyətlə, ABŞ başda olmaqla Qərb dünyası Rusiyanın bu müharibədə qalib gələcəyinə imkan verməyəcəklərini dəfələrlə bəyan ediblər. Ancaq onların Ukraynaya göstərdikləri hərbi yardımların intensivliyinə və həcminə diqqət etdikdə sözlərilə əməlləri arasında ciddi fərq əyani şəkildə görünür. Hələ indiyədək Ukrayna ordusu lazımi sayda uzunmənzilli raketlərlə, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları və mərmilərlə təchiz edilməyib. Digər tərəfdən, Ukraynaya “F-16" qırıcı təyyarələrinin nə zaman və hansı miqdarda verilməsi barəsində müzakirələr davam etsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur. Hələlik ilk baxışdan belə təsəvvür yarana bilər ki, Qərbin Ukraynaya göstərdiyi zəif dəstək Rusiyanın döyüş mövqeyini gücləndirib. Lakin müharibə uzanacağı təqdirdə vəziyyət dəfələrlə dəyişə bilər. Artıq bir neçə aydır ki, Qərb KİV-ləri öz hökumətlərinin Ukrayna ilə bağlı strategiyasını sərt tənqid edir, onları daha qətiyyətli davranmağa çağırırlar. Bu yaxınlarda Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşrinin “Görünür, Putin ən azı hələlik Ukraynada qalib gəlir” başlıqlı məqaləsində ABŞ və Avropa fəaliyyətsizlikdə qınanırlar. Nəşr yazır ki, Putinin müharibədə qələbəsinin mümkün olmasının göstəricilərindən biri hazırda Ukraynanın işğalçı qoşunları heç cür öz ərazilərindən çıxara bilməməsidir: “Ukraynanın əks-hücumu dayanıb. Avdeyevka uğrunda gedən döyüşlərdə Rusiya hər gün 900-dən çox insan itirir və bu cür "müdafiə müharibəsi" uzun illər çəkə bilər. Qərb Putini məyus etmək üçün daha çox şey edə bilərdi. Əgər o, qəti qərarını versəydi, Rusiyanı kölgədə qoyan sənaye və maliyyə resurslarını işə sala bilərdi. Bununla belə, xüsusilə də Avropada fatalizm, özündənrazılıq və strateji baxışın olmaması buna mane olur. Odur ki, Qərb həm öz xeyri üçün, həm də Ukrayna naminə təcili olaraq süstlükdən qurtulmalıdır, yuxudan ayılmalıdır".




Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukraynaya təkcə ABŞ-ın kömək etdiyini düşünmək olmaz. Onun fikrincə, Ramşteyn formatında iştirak edən digər güclü dövlətlər də bilirlər ki, Rusiyaya imkan verilsə, Putin işğal üçün yeni addımlar atacaq, daha böyük ərazilərə hücum planlaşdıracaq: “Ona görə də Rusiyanın qələbəsindən söhbət getmir, sadəcə, tutduğu əraziləri qorumağa çalışır. Amma Ukrayna gücünü Krıma səfərbər edəcək. Luqansk və Donetsk məsələləri yaz aylarına qalacaq. NATO tək Amerikadan ibarət deyil ki?! Alyans Kiyevə vəd verib ki, onu sona qədər müdafiə edəcəklər”. Hərbi ekspertə görə, Qərbdən gələn bu sayaq bəyanatlar Moskvanı qaza gətirmək məqsədi güdür: “Rusiya artıq ordusunda şəxsi heyətin sayını artırıb, onun bir hissəsi Finlandiya sərhədinə göndəriləcək, yerdə qalanı müharibəyə cəlb olunacaq. Yəni Rusiya dövləti daha 50 min adamı qırğına göndərəcək. Çünki iki ilə yaxın müddətdə döyüşlərdə xeyli sayda peşəkar hərbçi həlak olub, Rusiyanın peşəkar qüvvəsi də qalmayıb. Hansı qələbəni qazana bilər? NATO və ABŞ da anlayır ki, nəyin bahasına olursa-olsun, bu keçid dövründən Moskvanın bəhrələnməsinə imkan verilməsin. Sadəcə, Qərbdə seçki dövrünə az qalıb. ABŞ və Avropa Birliyi üçün mühüm bir 2024 gəlir, bu da Ukraynada gedən müharibəyə ayrılan yardımlarla bağlı fərqli fikirlərin səslənməsinə səbəb olur. Ona görə Rusiyanın bu keçid dönəmində epizodik və lokal taktiki uğur ola bilər, amma strateji nailiyyət mümkün deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az