• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
1-12-2023, 06:36

"ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi"

"ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi"


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədri cənab Buyar Osmaniyə Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, habelə növbəti ildə Təşkilata sədrlik edəcək Maltanın xarici, Avropa işləri və ticarət naziri cənab Yan Borqa uğurlu sədrlik fəaliyyəti arzu edib.

Nazir qeyd edib ki, ATƏT Nazirlər Şurasının bugünkü iclası, çoxtərəfliliyin davam edən böhranı, habelə ümumi təhdidlərə və çağırışlara kollektiv cavab axtarışından yayınmanın artmasının fonunda baş tutur:

"Məhz buna görə də bütün hallarda, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir.

Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu.

Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi.

Bu vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni "təmas xətti" qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı".

ATƏT mexanizmlərinin hələ də "uyğun olduğu"na dair istinadlar isə reallığı əks etdirmir: "ATƏT Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvələ olunduğu yeganə təşkilat idi. Buna baxmayaraq, Təşkilat illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilməyib. Əksinə, legitim çağırışlarımıza məhəl qoymamaq və işğala əsaslanan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi.
Ətraflı

ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlərin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın post-münaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı müraciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bugünədək davam edir".

"Humanitar məsələlər" ilə bağlı ifadə edilən narahatlıqlar da əsassızdır: "Beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yerində aparılan müşahidələr də narahatlıqların əsassızlığını tam təsdiqləyib.

Ümumilikdə götürdükdə, Azərbaycan anti-terror tədbirlərində nümunəvi davranış nümayiş etdirib. Heç bir erməni sakin bölgəni tərk etməyə məcbur edilməyib. Əksinə, Azərbaycan yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib. Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib".

Nazir vurğulayıb ki, Azərbaycanın bu yanaşması Ermənistanın ərazilərindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina etməsi ilə tamamilə ziddiyyət təşkil edir:

"Dağıntılara və sağalmamış yaralara baxmayaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Təəssüf ki, Azərbaycanın birmənalı olaraq sülh prosesinə sadiqliyinə baxmayaraq, proses yersiz ləngimələrdən əziyyət çəkir. Sülh sazişinin layihəsinə nəhayət ki öz şərhlərini təqdim etmək üçün Ermənistana iki ay yarımdan çox vaxt lazım oldu. Eyni səbəbdən, bir sıra üçüncü tərəflərin qərəzli və birtərəfli hərəkətləri də prosesə ciddi şəkildə təsir edir.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir. Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik.

Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır.

Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir. Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır".

Beynəlxalq ictimaiyyətin üzərinə həmçinin ATƏT çərçivəsində də təxribat xarakterli addımlardan və gərginliyi artırmaqdan çəkinməklə bağlı məsuliyyət düşür: "Nitqimi yekunlaşdırmadan öncə, ATƏT çərçivəsində funksionallıq və səmərəlilik ilə bağlı mövcud çağırışların öhədsindən gəlmək istiqamətində Azərbaycanın Təşkilatla konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha vurğulamaq istərdim".//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az