• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
26-11-2023, 17:27

Ermənistan fəlakətin astanasında - Şəxsi ambisiyaların NÖVBƏTİ QURBANI

Ermənistan fəlakətin astanasında - Şəxsi ambisiyaların NÖVBƏTİ QURBANI


Ermənistan XİN-i 2 aylıq fasilədən sonra Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verdi. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycan rəsmilərinin bütün səviyyələrdə "Ermənistan ancaq danışır, rəsmi Bakının konkret təkliflərinə 2 aydır ki, cavab ala bilmirik" məğzli bəyanatlarından sonra baş verdi. Başqa sözlə desəm Ermənistan XİN-i Azərbaycanın təzyiqlərindən sonra cavab vermək məcburiyyətində qaldı.

İrəvanı məcbur edən səbəblər:

1. Ermənistan beynəlxalq məhkəmədən irəli sürdüyü iddia ilə bağlı istədiyi cavabı ala bilmədi



2. Rəsmi İərəvan ona havadarlıq sözü verən xarici dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqinin heç bir mənasının olmadığını, hər hansı bir işinə yaramadığını gördü

İndi artıq masa üzərində yeni təkliflər var və bu sülh sənədinin 6-cə redaktəsi olacaq.

Prezident İlham Əliyevin son mesajları Ermənistan üçün addımlarından növbəti nəticəni çıxartmaq baxımından rəsmi İrəvana olduqca vacib hesab edilə bilər. Necə ki, bunu dövlətimizin başçısı iraqlı həmkarı ilə Bakıdakı görüşündə mətbuata bəyanatları zamanı hər şeyi çox aydın şəkildə izah etdi:

"Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq".



Prezident bu açıqlama ilə bir daha Ermənistana bəyan etmiş oldu ki, öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Azərbaycan Prezidenti bu açıqlama ilə eyni zamanda Fransanı revanşist meyillərə köklənən Ermənistana dəstək verməkdə, ermənilərin revanş istəklərini, arzularını artırmaq istiqamətində fəaliyyətdə ittiham etdi.

Fransa faktiki olaraq Ermənistanı Azərbaycanla növbəti müharibəyə sürükləməklə məşğuldur. Reallıq reallığında qalır ki, Ermənistan müstəqillik əldə edəndən sonra Fransa ilə diplomatik münasibətləri hər zaman yaxşı olub. Bu, 44 günlük müharibənin gedişatında da, Vətən müharibəsindən sonra Fransa hökümətinin hər iki palatasının gorbagor olmuş qondarma rejimin "müstəqilliyini" tanıması da rəsmi Parisin İrəvana olan sevdasında xəbər verir. Adicə mer səviyyəsində belə Fransa əlindən gələni etməyə çalışdı ki, Bakıya təzyiq göstərsin, qondarma rejimin revanş istəklərinin sönməsinə imkan verməsin. Amma yekunda nəticə yenə də eyni oldu.

Sentyabr-ın 19-20 tarixlərində keçirilən lokal antiterror tədbirlərindən sonra Fransa daha çox meydanda görünməyə başladı. Səbəbsiz deyil: rəsmi Paris anlayırdı ki, Cənubi Qafqazda peyda olmaq, "yoxdan var olmaq" üçün Qarabağ məsələsi, separatçılığın mövcud olması olmazsa olmazdır. İndi ona görə Fransa daha aqressiv və açıq şəkildə Azərbaycana qarşı müxtəlif cəbhələrdə məkirli niyyətini ortaya qoymaqdadır.

Çünkü Fransa anlayır ki, orbitinə daxil etdiyi Ermənistanı revanşa təhrik etməklə sülh danışıqlarına mane ola biləcək. Beləcə, Paris Afrika qitəsində uduzduqlarını məhz Cənubi Qafqazda hər hansı bir şəkildə bərpa etməyə can atır. Təbii ki, proseslərin bu cür cərəyan etməsi isə gərginliyin əhatə dairəsini genişləndirir. Burada Rusiyanın, Türkiyənin maraqlarının da olduğunu nəzərə alsaq, o zaman Ermənistan siyasi rəhbərliyinin hansı riskə getdiyini başa düşmək elə də çətin deyil.



Aydın məsələdir ki, Fransa - Qərb və ABŞ-ın regionumuzda mövcud olmaq istəyinin arxasında ilk növbədə Rusiyanı C.Qafqazdan sıxışdırıb çıxartmaqdır. Belə olan təqdirdə isə Qərbə yaxın kömək edəcək tək dövlət Ermənistandır. Qərbin Ermənistanın üzərində bu qədər fokslanmasının əsl səbəbi bu məsələdən daha da aydın olur. Fransa üçün Ermənistanın gələcəyi önəmli deyil, ona öz maraqları, öz məqsədləri vacibdir. İrəvan bu mövzuda sadəcə vasitədir, sitifadə olunduqdan müəyyən müddət sonra lazımsız bir əşya kimi kənara qoyulacaq.

Nəticə eyni olacaq. Yaranacaq növbəti eskalasiyada heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Əks halda Ermənistan Qərbin ambisiyalarının növbəti qurbanı kimi tarixin yaddaşına həkk olunacaq.

Fransanın Azərbaycana qarşı etdikləri sadəcə Ermənistana dəstək vermək deyil. Rəsmi Paris bu gün daha geniş çərçivədə Azərbaycanla düşmənçilik aparır. Bunu artıq 3 ildir ki, baş verən proseslər, Azərbaycana qarşı adi mer səviyyəsindən tutmuş, Emanuel Makrona qədər atdıqları addımlar, verilən bəyanatlar, qəbuil edilən qərarlarına qədər hiss olunur.



Rəsmi İrəvan anlamalıdır ki, İkinci Qarabağ müharibəsinə yerdəki vəziyyət təsir etmədiyi kimi, bu gün də eyni situasiya mövcuddur. Nəzərə alsaq ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra istər diplomatik, istərsə də hərb meydanında gücü və əli bir xeyli güclənib, daha punktual şəkil alıb, o zaman Ermənistanın Azərbaycanla yeni müharibə ritorikası bu ölkənin dönüşü olmayacaq faciə ilə üz-üzə qalmasına səbəb ola bilər.

Özü də 44 günlük müharibənin gedişində və ondan sonrakı mərhələdə əgər Ermənistana ən çox havadarlıq edən İranla Azərbaycanın diplomatik münasibətləri dözlməz həddə çatdısa, bu gün artıq Bakı ilə Tehran arasında yenidən münasibətlər müxtəlif istiqamətlərdə sürətlə yeni mərhələsinə qədəm qoymaqdadır. Bu da Bakının Tehranı yenidən Ermənistanla münasibətlərdə balanslaşdırılmış siyasi xətt seçməsi məcburiyyətini yaratmış olur. Bel ə olan təqdirdə Azərbaycan Ermənistanın əlini bir qədər də zəiflətmiş sayılır. Çünki İranın Ermənistan üçün geridə qalan 3 il ərzində etdikləri hər kəsə gün kimi aydındır. İndi Bakı Tehranla münasibətləri tənzimləməklə eyni zamanda İrəvanı regionda daha da təcridetmə və bu kimi digər məhrumiyyətlərlə üz-üzə qoyur.

O zamana kimi ki, Ermənistan Azərbaycanla ikitərəfli formada görüşlərə razılıq verib, sülh istiqamətində əməli-praktiki addımlar atmaq qərarını rəsmən elan edəcək. Fransanı da narahat edən budur.

Təhməz Əsədov
TREND

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az