• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
22-11-2023, 12:13

Bakı Brüssellə bu layihələri dondurdu

Bakı Brüssellə bu layihələri dondurdu


Həmin projelərin başında Fransadan sonra ən çox ermənipərəst olan Litva dayanırdı; Natiq Cəfərli: “Bu, Azərbaycanın xəbərdarlığıdır”

Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra birgə layihələri dayandırıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Caliber”ə diplomatik mənbələrdən məlumat daxil olub. Söhbət “Tvinninq” adlanan layihələrdən gedir ki, bu layihə çərçivəsində Avropa rəsmiləri Azərbaycanın dövlət qurumlarına Qərb standartlarına uyğun necə işləmələri barədə “təlimatlar” veriblər. Bu sxem belə işləyir:

Aİ ölkəsindən “Tvinninq” üzrə məsləhətçi layihənin bütün icra müddəti üçün benefisiar ölkənin müvafiq dövlət qurumuna 12 aydan 36 aya qədər müddətə göndərilir və onun fəaliyyətini əlaqələndirir. “Tvinninq” layihəsinin iş planına adətən qısa və ortamüddətli ekspert missiyaları və təlim tədbirləri daxildir.

Maraqlıdır ki, bu layihələrin əksəriyyətinin başında Fransadan sonra ən çox ermənipərəst və anti-Azərbaycan mövqe nümayiş etdirən dövlət olan Litva dayanırdı. Beləliklə, Azərbaycan Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb. “Bir çox hallarda Litva nümayəndələrinin hökumət fəaliyyətinin bu əsas sahələrində fəallığı və marağı əməkdaşlıq xəttini keçib və şübhə doğurub”, - deyə mənbə öz qiymətləndirməsini bölüşüb. İsveç və Yunanıstanla miqrasiya sahəsində “Tvinninq” layihəsi də dayandırılıb. Azərbaycan tərəfinin yeganə istisnası Polşa və Finlandiya ilə layihələr üçün bu ölkələrin balanslı mövqeyinə görə olub.

Bu cür layihələr yəqin ki, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində məna kəsb edirdi, lakin Azərbaycanın güclü dövlət olduğu 2023-cü ildə Avropa İttifaqı ilə münasibətlərdə “müəllim-şagird” münasibəti Bakı üçün məqbul deyil. Üstəlik, erməni separatizminin himayədarı - Aİ-nin baş diplomatı Josep Borrel tərəfindən göndərilən “xəbərdarlıqlar” və “aydın siqnallar” fonunda belə əməkdaşlıq mümkün görünmür. İdarəetmənin keyfiyyətinin yüksəldilməsi üçün xarici ölkələrin dövlət qurumları ilə təcrübə mübadiləsinə gəlincə, xatırlatmaq lazımdır ki, dost Avropa ölkələri ilə ikitərəfli əlaqələr ləğv edilməyib. Üstəlik, Asiyanın bəzi yüksək texnologiyalı ölkələri həm rəqəmsallaşma səviyyəsində, həm də inzibati islahatların səmərəliliyində Aİ-ni çoxdan qabaqlayır. Deməli, rəsmi Bakı tərəfdaşlar tapacaq, lakin daxili idarəetmə məsələlərində Aİ ilə institusional əməkdaşlıq, görünür, məntiqi nəticəyə gəlir. Lakin Azərbaycan AB ilə əlaqələri tam olaraq da baltalamaz. Çünki iqtisadi fazada münasibətlər əla görünür, Rusiya qazından asılılığın azaldılması üçün Azərbaycanla enerji tərəfdaşlığı genişləndirilməkdədir. Sadəcə, AB antiterror tədbirlərindən sonra ritorikasını dəyişməyə başlayıb.



REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, o layihələr texniki dəstək proqramlarıdır. N.Cəfərli vurğuladı ki, burada ekspertlərin qarşılıqlı iştirakı ilə müzakirələr keçirilir: “Mən onları o qədər də böyük layihələr adlandırmazdım. Sadəcə, Azərbaycanın o dövlətlərin siyasətinə haqlı etirazının nəticəsi kimi görmək olar. Yəni bizə qarşı əsası olmayan ittihamlara belə cavab verilir və həmin dövlətlərə özlərinə ziyan vuracaq addımlardan çəkinməyə çağırış olunur. Amma bir daha təkrar edirəm ki, böyük layihələr deyil, sadəcə, Bakının xəbərdarlığı kimi dəyərləndirilə bilər”.



Natiq Cəfərli

N.Cəfərli Azərbaycanla Avropa Birliyi ölkələri, eləcə də qurumun özü ilə qarşılıqlı sənədlər imzalandığını xatırlatdı: “Artıq 90 faiz məsələlər razılaşdırılıb, hava məkanının açılması, ticarət, gömrük məsələləri ilə bağlı bəzi məqamlar qalıb. Hətta hava məkanı ilə bağlı anlaşmaq əldə olunmaqdadır. Yəni iqtisadi müstəvidə Avropa Birliyi ilə problemimiz yoxdur. Həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Bakıda olanda dedi ki, imzalanmış strateji sənədin icrası reallaşdırılmaqdadır. Amma Avropa İttifaqında siyasi ritorika, hüquqazidd açıqlamalar gərginliyə səbəb olur. Əslində Azərbaycan sülh sənədini imzalamaq üçün 5 bəndlik prinsiplərini təqdim edib. Ancaq üç aydır ki, İrəvandan cavab verilmir. Avropa İttifaqı sülh müqaviləsinin bağlanmasını istəyirsə, o zaman Azərbaycana yox, Ermənistana təzyiq göstərməlidir ki, niyə təkliflərə cavab verilmir. O cümlədən Avropa İttifaqından Toivo Klaar dedi ki, nəqliyyat kommunikasiyalarının açılması zamanı ölkələr öz yollarına nəzarət etməlidir. Bu məsələdə Rusiya və Ermənistan arasında yola nəzarət üstündə mübahisə gedir, yenə də Qərbin bizdən nəyisə gözləmək doğru deyil”. N.Cəfərlinin fikrincə, Brüssellə bağlı digər məsələ - etnik təmizləmə mövzusudur: “Biz etnik təmizləmə aparmamışıq, öz xoşu ilə gediblər. BMT-nin məhkəməsinin qərarı da oldu, Azərbaycan rəsmi şəkildə alqışladı. Orada onların qayıdışına şərait yaradılmasına çağırış edilmişdi, buna da Bakının konkret mövqeyi var. Yəni Ermənistanın qərbyönümlü siyasətini dəstəkləyirlərsə, lap yaxşı, biz də Rusiyanın Cənubi Qafqazda təsirlərinin azalmasını istəyirik, amma bizim üzərimizə haqsız yüklənməsinlər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az