
"Ermənistanla Azərbaycan arasında münaqişə bitib".
Nyus.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. İndi gələcəyi - orada iki dövlətin həyatını necə təşkil edəcəyimiz barədə düşünməliyik. Bəllidir ki, orada problemlər bir deyil, iki deyil, üç-beş ildə yığılıb, bunlar çoxdankı ağrılı məqamlardır, amma bunlarla bağlı müsbət irəliləyiş var", - Belarus lideri bildirib.
Nyus.Az

























