• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
13-06-2018, 00:20

Mühacirlərə uduzan ənənəvi müxalifət...

Mühacirlərə uduzan ənənəvi müxalifət...

Natiq Miri: “Həmin müxalifətin Azərbaycanda nəyisə dəyişəcəyini düşünmürəm”

Son zamanlar Azərbaycan müxalifəti daxilində ciddi dəyişikliklərin şahidi olmaqdayıq. Ölkə daxilində meydana çıxan yeni qüvvələr, eləcə də, xaricdə mühacirlərdən ibarət formalaşan müxalifət bir-birinin ardınca ənənəvi müxalifətin mövqelərini təhvil alır.

25 ildir siyasətdə təmsil olunan liderlərin siyasi fəaliyyətdə bu qüvvələrə uduzduqları göz önündədir. Xüsusilə, xaricdəki müxalifət daxilindən önə çıxan isimlər daha çox populyarlıq qazanırlar. Bunu onların facebook səhifələri üzərindən etdikləri canlı yayımlarda açıq şəkildə görürük. Məsələn, Azərbaycan müxalifətinin öndə gedən siyasətçilərindən biri olan AXCP lideri Əli Kərimlinin facebookdakı canlı yayımı ilə xaricdəki mühacirlərin fərdi şəkildə etdikləri yayımlar arasında baxış sayında ciddi fərqlər var. Bəzən dəfələrlə mühacirlərin canlı yayımı AXCP rəhbərini üstələyir. Bütün bunlar da mühacir müxalifətin ölkə daxilindəki müxalif qüvvələrdən bir addım önə keçdiyini göstərir.

Ekspertlər mövcud durumun Azərbaycan dövləti üçün təhlükəli vəziyyət yarada biləcəyini dilə gətirirlər. Arqument kimi də, adətən xarici dairələrin bir ölkədə dəyişiklik etmək planlarını işə salanda bu tipli qüvvələrdən istifadə etməyə daha çox üstünlük verdikləri önə çəkilir. Əslində belə qüvvələri ələ almaq həmin dairələr üçün o qədər də çətin deyil.

Siyasi şərhçi Natiq Miri bildirdi ki, xaricdən internet üzərindən həyata keçirilən canlı yayımlara olan baxışların çoxluğu həmin insanların populyarlığı ilə bağlı deyil: “Bunu onların nüfuzu kimi qələmə vermək aldadıcı yanaşma olardı. Bu daha çox Azərbaycanda alternativ fikrin efirə çıxma imkanlarının olmaması ilə bağlıdır. Əgər xaricdə belə Azərbaycanla bağlı bu tipli alternativ fikir internet məkanına daşınırsa və ictimaiyyət də buna maraq göstərirsə, cəmiyyət demək belə fikirlərə acdır. Eyni zamanda, bu həm də onun göstəricisidir ki, artıq Azərbaycan xalqı alternativ fikirlər axtarışındadır. Bu Avropaya mühacirətə gedənlərin populyarlığı ilə heç bir mənada bağlı deyil. Açığı bu gün Avropada fəaliyyət göstərən mühacirlər Azərbaycan dövləti və cəmiyyəti üçün hər hansı bir təhlükə də yaratmırlar. Bu insanlar orada olduqca, fəaliyyət göstərdikcə, onların Azərbaycana gəlmək imkanları sıfıra bərabərdir. O insanlar isə ölkəyə gəlmədikcə, onların hakimiyyət üçün potensial təhlükə törətmələri mümkün deyil. Biz bunun ən azından 2013-cü ilin prezident seçkilərində Rüstəm İbrahimbəyov namizədliyində şahidi olmuşuq. Sadəcə olaraq onların populyarlığı səsləndirdikləri müxalif fikirlərlə bağlıdır. Ölkəmizdə bu cür fikirlər artıq demək olar yox dərəcəsindədir. Deməli Azərbaycanda müxalifətə rəhbərlik edən şəxslər situasiyanı dəyişməlidirlər. Məsələnin əsas kökü bundadır. Onlar heç cür cəmiyyətdə proses yarada bilmirlər. Azərbaycan müxalifəti yalnız hakimiyyətin yaratdığı prosesin arxasınca sürünürlər. Onlara yaradılan problemləri uzun zaman kəsiyində həll etmək məcburiyyətində qalırlar. Hansı ki, prosesi müxalifət yaratmalıdır ki, ən azından problemi həll etmək üçün hakimiyyət düşünsün”.

Siyasi şərhçi xaricdəki mühacirlərin Avropada olan beynəlxalq qurumlarla əlaqələr qurduğunu və onlara Azərbaycan hakimiyyəti haqqında real informasiyalar ötürdüklərini də qeyd etdi: “Həmin mühacirlər belə yollarla ən azından hakimiyyət haqqında mənfi fikirlərin formalaşmasına çalışırlar. Onların fəaliyyəti yalnız bundan ibarətdir. Ondan o tərəfə bu insanların nəyəsə gücləri çatası deyil. Heç bir halda həmin müxalifətin Azərbaycanda nəyisə dəyişəcəyini düşünmürəm. Bu heç yaxın müddət üçün də proqnozlaşdırılmır. Sadəcə onların aktiv və güclü olmaları üçün Azərbaycan daxilində söykənə biləcəyi ciddi ictimai, siyasi güc olmalıdır. Bu olmaqdıqca onların Avropada nə qədər gücləri stəkanda fırtına qoparmaqdan o tərəfə bir şey deyil”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az