• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
13-10-2023, 09:05

Bakıya qarşı sanksiya çağırışı və ya “Avropa ayağına güllə atarmı?”

[center]Bakıya qarşı sanksiya çağırışı və ya “Avropa ayağına güllə atarmı?”[/center]

Ekspert: “Bəzi dövlətlər özlərinin siyasi maraqlarına görə Avropa İttifaqının ümumi maraqlarını qurban vermək istəyirlər, lakin...”
Bir neçə gün əvvəl Avropa Parlamentinin (AP) üzvləri Strasburqda keçirilən plenar iclasda Aİ-ni Dağlıq Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Azərbaycandan qaz idxalından asılılığı azaltmağa çağıran qeyri-hüquqi qüvvəyə malik qətnamə qəbul ediblər.

Qərarla bağlı dərc olunan sənəddə deyilir ki, “Avropa Parlamenti Aİ və onun üzv dövlətlərini Dağlıq Qarabağda çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır”. Sənəddə parlamentarilər “Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsini Azərbaycan Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə "hörmət etmək" üçün real iradə nümayiş etdirənə qədər Azərbaycanla assosiasiya sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa" çağırıblar. Avropa Parlamenti öz qərarında vurğulayıb ki, Bakının Ermənistanla münasibətlərində gərginliyin dərinləşəcəyi təqdirdə Aİ “Azərbaycandan qaz asılılığını azaltmalı” və Azərbaycandan “neft və qaz idxalını tamamilə dayandırmalıdır”.

Bəs bu kimi sanksiyalar effektiv nəticə verə bilərmi? Rusiyaya qarşı sanksiyalardan ciddi zərər çəkən Avropa ölkələri Azərbaycanın enerjidaşıyıcılarına sanksiya tətbiq edərək “öz ayağına güllə atarmı?”




Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, əslində Avropa İttifaqına üzv dövlətlər Azərbaycana münasibətdə fərqli fikirdədir. Yəni heç də dövlətlərin hamısı anti-Azərbaycan mövqeyində deyillər: "Fransa, Almaniya və bəzi ölkələri istisna etsək, Avropa İttifaqına üzv dövlətlər onlar kimi düşünmür, Azərbaycanla münasibətlərin pisləşməsində deyil, inkişaf etdirilməsində maraqlıdırlar. Azərbaycan tərəfinin yürütdüyü siyasət ondan ibarətdir ki, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə, ittifaqa üzv dövlətlərlə münasibətlərini davam etdirsin, mümkün olduğu həddə inkişaf etdirsin. Avropa İttifaqının Ukrayna müharibəsinə görə Rusiya qazından imtina etməsindən sonra Azərbaycanla münasibətlərdə də bu siyasəti tətbiq etməsi Avropa İttifaqına üzv bir çox dövlətlərin iqtisadiyyatı üçün intihar demək olar. Biz bilirik ki, Avropa İttifaqına üzv dövlətlər Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın enerji resurslarından imtina etməkdə heç də yekdil deyildilər. Bəzi dövlətlər belə bir qərarın Avropa İttifaqının iqtisadiyyatına dəhşətli zərər vuracağını əsas göstərirdilər. Onların narahatlıqları əsaslı idi və bu gün Avropada çox ciddi iqtisadi, enerji problemi hökm sürür. Ona görə də belə bir mənfi təcrübə ortada ola-ola Azərbaycanın da enerji resurslarından imtina çağırışlarının dövlətlər tərəfindən qəbul edilməsi ehtimalı ya yoxdur, ya da sıfıra yaxındır”.

Ekspert qeyd etdi ki, Azərbaycanın əhəmiyyəti təkcə həm də Orta dəhliz boyunca enerji layihələrinin işlək vəziyyətdə olmasının əsas təminatçısı olmasındadır. Avropa dövlətləri yəqin ki, Orta dəhlizin işlək vəziyyətinin iflic vəziyyətlə əvəzlənməsini də istəməzlər. Bunu istəmək Avropa İttifaqının növbəti enerji damarının kəsilməsi demək olar: “Ona görə də sanksiya çağırışlarına əhəmiyyət veriləcəyini düşünmürəm. Bəzi dövlətlər özlərinin siyasi maraqlarına görə Avropa İttifaqının ümumi maraqlarını qurban vermək istəyirlər. Lakin ittifaqa üzv dövlətlərin bir çoxu buna imkan verməzlər. Onlar haqlı olaraq hesab edirlər ki, Azərbaycanın enerji resurslarına qarşı sanksiyalar daha çox onların özünə zərbə vurmuş olar. Onu da nəzərə almaq lazımdır ki, Avropa dövlətlərinin bir çoxu eyni zamanda Azərbaycanla ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlərin əsasında çoxsaylı ikitərəfli müqavilələr imzalanıb. Bu müqavilələr işlək vəziyyətdədir və hər iki tərəfə qazanc gətirir. Həmin dövlətlər bu əlaqələri, imzalanmış müqavilələr əsasında əməkdaşlığı zərbə altına alacaq addımlara getməzlər. Onlar özləri də əslində fərqindədirlər ki, Fransa kimi dövlətlərin, Avropa Parlamentindəki ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü iddialar əsassızdır, reallıqlardan uzaqdır. Əsassız iddialarla Azərbaycanla enerji əməkdaşlığına qarşı addımlara getmək absurd olardı. Azərbaycanı "enerji silahı" ilə vurmağı düşünənlər uğursuz yol seçiblər. Bununla Azərbaycanı haqq yolundan döndərə bilməzlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az