• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
11-10-2023, 09:08

Avropada sərt anti-Azərbaycan ruzigarı - indi də AŞ PA...

Avropada sərt anti-Azərbaycan ruzigarı - indi də AŞ PA...


Sabah Bakı vaxtı ilə 18.00-da “Dağlıq Qarabağda humanitar vəziyyət” mövzusunda müzakirələr başlayacaq

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işinə başlayıb. Oktyabrın 9-dan başlayan sessiyada “Dağlıq Qarabağda humanitar vəziyyət” və “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” mövzusunda təcili debatların keçirilməsi də gözlənilir.

Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir araya gətirən assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq.

Həmçinin “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi” mövzusunda təcili prosedur çərçivəsində müzakirə və “Dənizdə miqrantların ölümləri” mövzusunda cari məsələlərin müzakirəsi üçün müraciətlər edilib.

Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı həbsdə olan insan haqları müdafiəçisi və xeyriyyəçi Osman Kavalaya təqdim edilib. Artıq uzun müddətdir ki, Osman Kavalanın həbsxanada saxlanılması Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober Liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala 2017-ci il noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən Gezi parkı hadisələri, 2016-cı il iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur. Hazırda həbsxanada olan Kavala Corc Sorosun Türkiyə “təmsilçisi” olaraq qiymətləndirilir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Osman Kavalanı “Sorosun artığı” adlandırıb.

AŞ PA-da “Dağlıq Qarabağda humanitar vəziyyət”in müzakirəsinə gəlincə, aydındır ki, yenə erməni dəstəkçiləri olan dövlətlərin təmsilçiləri “zorla köçürülmə” mövzusunu gündəmə gətirəcəklər, bəlkə də Avropa Parlamentindən sonra onlar da hansısa anrt-Azərbaycan qətnaməsi qəbul etməyə çalışacaqlar. Çünki hazırda Avropa Birliyi daxil, Avropada anti-Azərbaycan ruzigarı əsməkdədir. AŞ PA-nın da Avropa Parlamenti kimi Azərbaycana qarşı hansısa sənəd qəbul etməsi gözlənilirmi? Qəbul etsələr belə, AŞ PA sənədinin hansı təsir gücü ola bilər?



Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayan ilk gündən ermənilər və ermənilərin havadarları tərəfindən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı dinləmələrin keçirilməsinə cəhdlər edilir: ""Dağlıq Qarabağda humanitar vəziyyət” ifadəsinin özü qərəzdən xəbər verir. Çünki “Dağlıq Qarabağ” adlı yer mövcud deyil. Yenə də mövcud olmayan adla məsələnin müzakirəyə çıxarılmasına cəhdlər artıq belə bir sənədi hazırlayanların qərəzli olmasından, qeyri-obyektiv yanaşmasından irəli gəlir. Belə bir qondarma adla nəyi müzakirə edəcəklər?! Bax bu, başadüşülən deyil. Azərbaycanın ərazisi olan Qarabağ iqtisadi rayonunda erməni azlıqları yaşayırdı və bu ərazidə Rusiya sülhməramlıları yerləşirdi. Ərazidə etnik azlıq adı altında yaşayanların bir çoxu silahlı terror qruplarında fəaliyyət göstərirdlər. Bir hissəsi Ermənistan vətəndaşları idi. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədiklərini bəyan edib Qarabağ iqtisadi rayonundan köçdülər. Onlar öz istəkləri ilə köçüb getdilər və gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində mediaya verdikləri açıqlamalarda öz xoşları ilə getdiklərini, Azərbaycan tərəfindən onlara heç bir təzyiq edilmədiyini bildirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf elədi ki, erməni əhaliyə zorakılıq edilməyib. Azərbaycan hökuməti ən yüksək səviyyədə qeyd olunan ərazidə yaşayan erməni əhaliyə çağırışlar etdi ki, bölgəni tərk etməsinlər, eyni zamanda onların yaşayışı üçün bütün şəraitin yaradılacağı bəyan edildi, humanitar yardımlar ilkin olaraq göndərildi. Bütün bunlara baxmayaraq, ermənilər köçmək fikirlərindən daşınmadılar və köçdülər. BMT missiyası da əraziyə gəldi və heç bir zorakılıq hallarının qeydə alınmadığını hesabatlarına daxil etdi. Bütün bunlardan sonra AŞPA hansı ”humanitar vəziyyəti" müzakirə edəcək?! Hazırda Qarabağ iqtisadi rayonunda əhali yoxdur ki, hansısa psixoloji, iqtisadi və digər əziyyətlər çəksin, vəziyyətləri yaxşı olmasın. Olmayan bir şeyin vəziyyəti barədə dinləmə keçirəcək AŞ PA?! Azərbaycan köçmüş ermənilərin Azərbaycan vətəndaşlığı almaqla geriyə qayıtmasını arzu edir və bu mövqeyi indi də qüvvədə qalır. Amma Avropa Şurasında olan qərəzli dövlətlərin təmsilçiləri bütün bu sadalananları bildikləri halda özlərini bilməməzliyə vururlar və yenə də aranı qarışdırmağa çalışırlar. Biz yaxşı bilirik aranı qarışdırmaq istəyənlər hansı dövlətlərin AŞ PA-dakı nümayəndələridir. Mən AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü olduğum dövrlərdə bu simasız üzvlərin hansı oyunlardan çıxdığının şahidi olmuşam. Hətta Azərbaycan torpaqlarının 20 faizi işğal altında olanda da o simasız insanlar erməniləri müdafiə edirdilər".

Ç.Qənizadə qeyd etdi ki, Azərbaycan AŞ PA-nın hansısa qondarma dinləmə keçirməsindən və hətta ermənipərəst sənəd qəbul etsə belə, bundan narahat olası deyil: “Onlar istədikləri ənənəvi qərəzli yanaşmalarını bir kağız parçasına yazsalar belə reallıqları dəyişə bilməzlər. Çünki Azərbaycan beynəlxalq hüquqdan zərrə qədər kənara çıxan addımlar atmayıb, Azərbaycan beynəlxalq hüquqa əsaslanıb və əsaslanır. AŞ PA hansısa tövsiyə xarakterli sənəd qəbul edə bilər. Onun da cavabı Azərbaycan parlamentariləri tərəfindən elə yerindəcə veriləcək. İmperativ xarakterli olmayan qərarın olması onun təsirsiz kağız parçası olması deməkdir. Qərəz və böhtana əsaslanan hər hansı bir sənəd, bəyanat Azərbaycanı haqq yolundan döndərə bilməyib və bundan sonra döndərə bilməyəcək”. “Turan”ın xüsusi müxbirinin Strasburqdan verdiyi məlumata görə, debat oktyabrın 12-də Mərkəzi Avropa vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.

Mövzu ilə bağlı xorvatiyalı deputat Domaqoy Haydukoviç məruzə ilə çıxış edəcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az