• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
14-02-2023, 07:58

Azərbaycan-İtaliya əlaqələrinin yeni inkişaf perspektivləri və "yaşıl dövr" hədəfləri

Azərbaycan-İtaliya əlaqələrinin yeni inkişaf perspektivləri və "yaşıl dövr" hədəfləri



Azərbaycanın Avropa Birliyinə üzv olan əksər dövlətlərlə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Bu dövlətlər sırasında İtaliyanın adı xüsusi vurğulanmalıdır.

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün siyasi əlaqələrin dərinləşdirilməsinin və qarşılıqlı səfərlərin xüsusi önəmi var.

Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ilin 1-2 senytabr tarixlərində İtaliyaya işgüzar səfəri münasibətlərimizin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Səfər çərçivəsində əsas müzakirə olunan məsələlərdən biri Prezidentin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin icrası prosesi ilə bağlı olmuşdu.

Həmçinin, Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdi.

Azərbaycan-İtaliya iqtisadi əlaqələri

İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlər də yüksək səviyyədədir.

Azərbaycan və İtaliya hərbi, hərbi-texniki, investisiya, ticarət, elm, texnologiya, mədəniyyət, sənaye, tikinti, kənd təsərrüfatı, rabitə, xidmət və təhsil sahəsində əməkdaşlıq edir. Hazırda Azərbaycanda yuxarıda sadalanan sektorlar üzrə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Xüsusilə vurğulanmalıdır ki, Roma Bakının əsas ticarət və ixracat tərəfdaşıdır.

Rəqəmlərə nəzər salsaq görərik ki, 2022-ci ildə Azərbaycanın xarici ticarət dövrüyyəsi 27 milyard dollar olub. Azərbaycanın xarici ticarət dövrüyyəsinin 34,4 faizi, ixracın isə 46,6 faizini İtaliyanın payına düşür. Ölkəmiz 2022-ci ildə İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edib.

Həmçinin İtaliyanın Cənubi Qafqazda ən yaxın ticari və iqtisadi əlaqələr qurduğu ölkə Azərbaycandır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür.

Bakı-Roma münasibətlərinin inkişafı baxımından enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulamaq lazımdır.

Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur.
TAP İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır.

Bakı-Roma münasibətlərində "yaşıl dövr" hədəfləri

Azərbaycan İtaliya ilə əlaqələrinin hərtərəfli inkişafıda maraqlıdır.

Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından danışarkən ticarət əlaqələrinin şaxələndirilməsinə toxunub.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Sitat: "Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır".

Qeyd edək ki, İtaliyanın bir neçə şirkəti işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.

Prezident çıxışı zamanı İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətinə də toxunub. Ölkə başçısı bildirib ki, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər.

"İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi".

Ölkə başçısı qeyd edib ki, azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də "Ansaldo" və "Azərenerji" tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.

Artıq İtaliyanın "İveco" şirkətinin azad edilmiş ərazilərdə öz müəssisəsini yaratmağa başladığını bildirən Azərbaycan Prezidenti müəssisədə yük maşınlarının istehsalının nəzərdə tutulduğunu deyib.

Azərbaycan İtaliya ilə "yaşıl kimya", "yaşıl enerji", "yaşıl enerji zonası", "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları çərçivəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Buna misal olaraq, 2022-ci il aprelin 2-də ADA Universitetində "Azərbaycan-İtaliya: "Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol" adlı konfransı xüsusi vurğulamaq olar.

Konfransda dənizdə külək enerjisindən istifadə ilə Avropaya "yaşıl enerji" və "yaşıl" hidrogen" ixracının gündəlikdə olduğu vurğulanıb. "Yaşıl enerji" sektorunda İtaliya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin, 2022-ci il iyunun 08-də "Azərbaycan İnvestisiya Şirkəti" ASC və İtaliyanın "Technip Energies Italy S.p.A" şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində "Tullantıların Monetizasiyası" layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından "yaşıl" qazın alınmasını nəzərdə tutur.

İkitərəfli münasibətlərin sürətli inkişafı həm Azərbaycan, həm də İtaliya üçün çox önəmlidir. İtaliya üçün Zəngəzur dəhlizinin açar dövləti olan Azərbaycanla ticarət əlaqələrini yüksək səviyyədə saxlamaq, ticari münasibətləri dərinləşdirmək mühüm əhəmiyyətə malikdir.

İtaliya "köhnə qitə"nin ən böyük iqtisadi güclərindən biridir. Ölkənin hərbi sənayesi inkişaf edib, Avropa qitəsində xüsusi hərbi-siyasi çəkisi var və "yaşıl enerji" sektorunda böyük təcrübəyə malikdir. Bakı Roma ilə əlaqələrini inkişaf etdirməklə həm İtaliyanın Avropadakı siyasi nüfuzundan, həm də hərbi, "yaşıl enerji" və digər sektorlardakı təcrübəsindən yararlanmaq imkanı qazanır.

Bundan başqa, Roma ilə enerji, xüsusilə "yaşıl enerji" sektorunda əməkdaşlıq, digər sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin Azərbaycana investisiya qoyması ölkəmizə maliyyə axınlarının artması deməkdir.

Həmçinin, ölkəmizdə yeni şirkətləri fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılması ilə nəticələnir. Bu isə əhalinin rifahı, qeyri-neft sektorunun inkişafı üçün atılan mühüm addımlardandır.

Elvin Səxavətoğlu

Trend

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az