
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanın bu yaxınlarda Ermənistan hərbi qulluqçularının Ermənistana təhvil verilməsini alqışlayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, o, bunu AŞPA-nın payız sessiyasında çıxışı zamanı deyib.
Peyçinoviç-Buriçin sözlərinə görə, Azərbaycanın bu humanitar addımını alqışlamaq lazımdır.
"Biz həmçinin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən və hələ də keçirilməsi planlaşdırılan görüşləri alqışlayırıq".
Nyus.Az

























