• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
8-06-2022, 20:39

Ermənistan hüquq və təhlükəsizlik altında status deyəndə nəyi hədəf götürür? - Şərh


Ermənistan hüquq və təhlükəsizlik altında status deyəndə nəyi hədəf götürür? - Şərh


Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bəyan edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək. Qriqoryan qeyd edib ki, İrəvan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin əhəmiyyətini vurğulamağa davam edir. Onun sözlərinə görə, İrəvanın seçdiyi bu yol nəticələr əldə etməyə kömək edəcək: "Əminik ki, statusu məhz hüquqlar və təhlükəsizlik müəyyən edəcək. Biz bu istiqamətdə işi davam etdirəcəyik".

Rəsmi İrəvan "status" tələbinin aşağı salınmasına dair beynəlxalq tələbdən sonra indi də "hüquq və təhlükəsizlik" məsələsini önə sürüb. Bu, prinsip etibarilə Bakının əvvəldən sərgilədiyi mövqe ilə üst-üstə düşür. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı hesab edir və bütün vətəndaşları kimi onların da hüquq və təhlükəsizliyinə zəmanət verir. Sonuncu Brüssel görüşündə "Qarabağdakı etnik ermənilər"dən bəhs olunması da artıq bu istiqamətdə müəyyən razılaşmalarından xəbər verir.

Bütün hallarda, Qriqoryanın bəyanatını İrəvanın Bakının Qarabağın Azərbaycanın tərkibində statusa malik olmaması, regionun erməni əhalisinin isə bütün hüquqlarına zəmanət verilməsi tələbi ilə razılaşmağa hazırlığı kimi qiymətləndirmək olarmı?
Ətraflı

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun sözlərinə görə, Qriqoryanın səsləndirdiyi fikirlər sonuncu Brüssel görüşündə əksini tapan məqamları özündə ehtiva edir: "Məsələ ondadır ki, Şarl Mişelin bəyanatında əhalinin davamlı sülhə hazırlanması üçün hər iki tərəfin iş aparması öz əksini tapıb. Qriqoryanın fikirləri də buna müvafiqdir. Qarabağda Araik kimi separatçılar prosesə mane olmağa çalışsalar da, müvafiq addımlar atılacaq. Kim Azərbaycan qanunlarını qəbul etməyəcəksə, o zaman Qarabağı tərk etməlidir. Biz kimisə ərazilərimizdə zorla yaşamağa məcbur etmirik. Zatən ermənilər nəinki Qarabağı, Ermənistanı belə tərk etməkdədilər. O üzdən, Ermənistan danışıqlarda ciddi kompromislərə getməsə, ciddi problemlərlə üzləşəcək. Çünki Ermənistanın sözünə baxıb kimsə Azərbaycan ərazisini dəyişə bilməz. Erməni mediasının yaydığı məlumata görə, Paşinyanla Araikin görüşü olub, amma bununla bağlı mətbuata açıqlama verilməyib. Məhz bundan Qarabağdakı separatçılar bərk narahat olmağa başlayıblar. Guman edilir ki, Paşinyan Araiki Azərbaycanla sülh sazişi imzalamağa razı salmaq istəyir. Nəzərə almalıyıq ki, Paşinyan parlamentdə çıxışında Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu dedi. Bu səbəbdən Qriqoryan bəyanatında hüquq və təhlükəsizliyə xüsusi önəm verir. Eyni zamanda, buna zəmanət istəyir. Şarl Mişel açıqlamasında etnik ermənilər sözünü işlətdi. Azərbaycanda da etnik xalqlar çoxdur. Bu baxımdan Qarabağdakı etnik ermənilərə müstəsna status verilə bilməz. Bu baxımdan hesab edirəm ki, Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar. O üzdən, bütün bu prosesləri biz tam nəzarətdə saxlamalıyıq. Revanşistlərin pozucu təxribatlarına alət olmaq olmaz. Çünki revanşistlər həm sülhə qarşıdılar, həm də Zəngəzur dəhlizinə qarşı. Bunlar həm də Ermənistan-Türkiyə münasibətlərinə qarşıdılar".

Bir sözlə, siyasi ekspert hesab edir ki, mövcud Ermənistan hakimiyyəti sülh sazişi ilə bağlı davamlı və praktiki addımlar atmalıdır.

Bakı-Xəbər

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az