
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə Türkiyənin voleybol yığmasının oyununu izləyib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
Ətraflı
"Azərbaycanın xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət yığması -red.) Ankaradan qalibiyyətlə yola salırıq. Finalda yenidən Ankarada görüşənədək", - deyə M.Çavuşoğlu bildirib.
Nyus.Az

























