
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə T.Klaar özünün "Twitter" səhifəsində yazıb.
"Bakıya qayıtmağıma şadam. Qarşılıqlı münasibətləri və gələcək addımları müzakirə etmək üçün sabahkı müzakirələri səbirsizliklə gözləyirəm", - deyə xüsusi nümayəndə bildirib.
Nyus.Az

























