• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-11-2021, 21:09

30 il ərzində Azərbaycan ərazilərinin minalanması Ermənistanın terror siyasətinin davamıdır - TƏHLİL

30 il ərzində Azərbaycan ərazilərinin minalanması Ermənistanın terror siyasətinin davamıdır - TƏHLİL


İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Hərbi ekspert Ədalət Verdiyev Trend-ə bildirib ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ən qısa müddətdə işğaldan azad olunan torpaqların minalardan təmizləmək və əhalinin oraya qayıdışını təmin etməkdən ibarətdir. Ermənilərin işğal etdiyi torpaqlarımızda mövqelərini qorumaq üçün kifayət qədər insan resursu olmadığından minalardan çox istifadə ediblər. Piyada əleyhinə mina istehsal edən zavodun da Ermənistanda fəaliyyətinin genişləndirilməsinin məqsədi Azərbaycan ərazilərini minalarla doldurmaqdan ibarət idi.

"Onlar bilirdilər ki, Azərbaycan Ordusu işğalda olan əzəli torpaqlarını azad edəcək. Güc nisbətinin Azərbaycanın xeyrinə olması ermənilər üçün bir siqnal idi. Bunu Aprel döyüşlərində, Günnüt əməliyyatında da gördülər. Bu səbəbdən işğal etdikləri ərazilərimizdə mümkün qədər mina basdırırdılar. Bununla da ordumuzun əks-hücum əməliyyatlarının ləngidilməsini istəyirdilər. Minanı bir eşalonda deyil, bir neçə eşalonda və dəfələrlə eyni yerdə basdırırdılar. Buna görə də Ermənistandan alınmış xəritələr reallığa uyğun gəlmir. Azərbaycan tərəfinə verilən mina xəritələrinin dəqiqliyi basdırılan minalarla cəmi 25% üst-üstə düşür. Buna görə də Ermənistanın verdiyi mina xəritələrinə etibar etmək olmaz.

Bizim mütəxəssislər azad olnmuş torpaqlarımızı təmizləyərək yavaş-yavaş təhvil verirlər. Biz oraya əhalinin qayıdışını təmin edəcəyik" - deyə, Ə.Verdiyev bildirib.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə Trend-ə açıqlamasında deyib ki, 2020-ci ilin noyabrından indiyədək Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların 180-nə yaxın azərbaycanlının həyatına son qoyması və ağır bədən xəsarətləri yetirməsi insanlıq əleyhinə cinayətdir və 30 il ərzində Azərbaycan xalqına qarşı planlaşdırılaraq həyata keçirilən terror siyasətinin davamıdır.

"Vətən müharibəsindən ötən bir il ərzində Azərbaycanın təkidli tələblərinə baxmayaraq, Ermənistan hər vasitə ilə minaların dəqiq xəritəsini verməkdən yayınır. Ermənistanın mina xəritələrini verməkdən imtinası Azərbaycan xalqına qarşı təcavüz planlarını hələ də davam etdirmək niyyətidir. Ermənistanın hərbi siyasi rəhbərliyi faktiki olaraq Azərbaycan torpaqlarının minalardan təmizlənməsində maraqlı deyil. Onlar on minlərlə hektar Azərbaycan torpaqlarını milyonlarla minanın altında saxlamaqla 1988-ci ildən başlatdıqları təcavüz siyasətini davam etdirirlər. Ermənistan dövləti azərbaycanlı köçkünlərin öz torpaqlarına qayıdaraq məskunlaşmasını "minalar taktikası" ilə ləngitməyə çalışır.

Ermənistanın Azərbaycan xalqını daimi terror hədəfi kimi seçməsi onun işğalçılıq siyasətinin tərkib hissəsidir. İşğalçılıq siyasəti yürüdən Ermənistan terror taktikasını da məhz 1988-ci ildən mütəmadi həyata keçirir. Əsasən, dinc əhali qruplarını hədəf etmək erməni terrorunun ən qabarıq xüsusiyyətidir. Ermənistan terrorunun formaları zaman- zaman dəyişsə də onun əsas hədəfi dəyişməyib. 30 il əvvəl də, indi də Ermənistan terrorunun hədəfləri əsasən dinc əhali qruplarıdır. Bakıda, Sumqayıtda, Gəncə və digər yerlərdə, əsasən nəqliyyat vasitələrində çoxsaylı insanı terrora məruz qoyan ermənilər müasir şəraitdə minalanmış ərazilər vasitəsilə terror taktikasını cinayətkarcasına davam etdirir" - deyə, ekspert bildirib.

Onun sözlərinə görə, dünya dövlətləri və beynəlxalq qurumlar erməni terrorunun gerçək üzünü ciddi şəkildə görməli və reaksiya verməlidir. Dünya açıq erməni təcavüzü ilə 30 illik müharibədə Azərbaycan xalqını tək buraxsa da, bu gün xalqımızı erməni "mina terroru" ilə təkbətək baraxmaq haqqına malik deyil. Azərbaycan dövləti erməni terroruna da mütləq qalib gələcək. Lakin dünya ölkələri Ermənistana minalı torpaqlar məsələsində gərəkli təzyiqi göstərməklə Azərbaycan xalqının hüquqlarına ən azı ədalətli yanaşma nümayiş etdirə bilərlər.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az