• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-07-2021, 08:20

Britaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir - MÜSAHİBƏ

Britaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir - MÜSAHİBƏ

Böyük Britaniya Azərbaycanın ərazilərinin minalardan təmizlənməsində bilik və təcrübə mübadiləsi ilə dəstək göstərilməsi ilə bağlı bütün mümkün variantları nəzərdən keçirməkdə davam edir.

Nyus.Az bildirir ki, bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında ərazilərin bütün mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə bağlı nəhəng iş dayanır:

"Mən şadam ki, Böyük Britaniya şirkətləri və vətəndaşları insanların həyatlarını xilas etməkdə davam edir. Britaniyalı ekspertlər artıq bu ərazilərdə işləyir və biz minalardan təmizlənmə sahəsində bütün bilik və təcrübə mübadiləsi, dəstək göstərilməsi variantlarını nəzərdən keçirməkdə davam edirik. Bu işlər bizim Müdafiə Nazirliyi tərəfindən həyata keçirilə bilər".

Səfir bildirib ki, Britaniya şirkətlərindən biri Füzuli rayonunda inşa olunacaq hava limanının ərazisini təhlükəsizləşdirmək məqsədilə minalardan təmizləmə üçün avadanlıq tədarük edir, təlimlər keçir:

"Bu uzunmüddətli işə daha çox Britaniya şirkətinin cəlb olunacağını gözləyirəm".

C.Şarp qeyd edib ki, mina əleyhinə fəaliyyət təkcə minaların təmizlənməsi deyil, həm də insanların, xüsusilə uşaqların mina təhlükəsi ilə bağlı maarifləndirilməsidir:

"Biz Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyini mina və partlamamış sursatlardan zərər çəkmiş rayonlarda mina təhlükəsi ilə bağlı məlumatlılığın yüksəldilməsi işində dəstəkləmişik. May ayında mən bu fəaliyyətin yekunları ilə tanış olmaq üçün Tərtərdə oldum və məlumat lövhələri və plakatlarla tanış oldum, bu proqramda iştirak edən insanlarla görüşdüm".

O qeyd edib ki, Böyük Britaniya artıq uzun müddətdir ki, insanlar arasında heç bir fərq qoymadan öldürən və yaralayan piyadalar əleyhinə minaların qadağan olunması ilə bağlı kampaniya keçirir:

"Ona görə də Böyük Britaniya bu minaların istifadəsini qadağan edib və 1997-ci ildə Ottava sazişini imzalayıb. Mən Azərbaycanı da bu sazişə qoşulmağa çağırıram.

Onu da qeyd edim ki, biz Ermənistanla Azərbaycan arasında mina xəritələri müqabilində saxlanan şəxslərin mübadiləsini alqışlayırıq. Ümid edirik ki, bu humanitar məqsədlər üçün xüsusi ilə vacib olanson razılaşma deyil".

Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdə maraqlı olub-olmaması barədə sualı cavablandıran səfir əmin olduğunu bildirib ki, Britaniya şirkətləri bu cür layihələrdə iştirak etmək istəyəcək:

"Biz Prezident İlham Əliyevin "yaşıl enerji" və "ağıllı şəhər" sahələrində layihələrə diqqətini yüksək qiymətləndiririk. Britaniya şirkətləri bu istiqamətlərdə öz təcrübəsini təklif edə bilər. Ona görə də mən Azərbaycanın Energetika Nazirliyi ilə BP arasında həmin bölgədə günəş elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı saziş imzalandığını öyrənəndə məmnun oldum. Fikrimcə, bu, qaytarılmış ərazilərdə "yaşıl" zonaların yaradılması işində Britaniya şirkətlərinin iştirakı üçün yaxşı imkandır. Bu təkcə Azərbaycanın xeyrinə deyil, həmçinin iqlim dəyişikliyi ilə qlobal mübarizəni dəstəkləyir".

Səfir əlavə edib ki, iqtisadiyyatın digər sektorlarında, xüsusilə dağ-mədən sənayesi, turizm və kənd təsərrüfatında əməkdaşlıq imkanları Böyük Britaniyanın ixracat naziri Qrehem Stüartın Bakıya səfəri zamanı nəzərdən keçirilmişdi:

"Əlbəttə ki, səhiyyə və tədris sahələrində tələbat yaranacaq və Britaniya şirkətləri bu sferalarda çox güclüdür. Ümid edirəm ki, Britaniya şirkətləri bu işlərə cəlb olunacaq. Amma mina və partlamamış sursatların nə qədər olduğunu nəzərə alsaq, unutmamalıyıq ki, ərazilərin bərpası uzun prosesdir".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az