• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-04-2021, 09:23

Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir

Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir


Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Polun sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Səmimi danışsaq, mən münaqişə dövründə Avropa İttifaqının ciddi tənqid olunduğunu görməmişəm. Nə mən özüm, nə də qurumlarımızdan heç biri Avropa İttifaqını Avropa İttifaqı olaraq tənqid etməmişik. Avropa İttifaqı Şurasının prezidenti müharibə vaxtı mənə telefonla zəng etdi. O, baş verənlərlə bağlı narahatlığını ifadə etdi, biz müzakirə apardıq, mən onu vəziyyətlə bağlı məlumatlandırdım. Bəli, Avropa İttifaqının bəzi aparıcı üzv dövlətləri ilə bağlı tənqidlər var idi. Lakin onlar müharibə vaxtı Avropa İttifaqının üzv dövləti kimi deyil, dövlət olaraq davrandılar. Ona görə də, Avropa İttifaqına gəlincə, indi Avropa İttifaqını kömək etmədiyinə görə tənqid edən Ermənistandır. Lakin Avropa İttifaqının necə kömək edə bilməsi böyük sual doğurur. Avropa İttifaqı oraya qoşunlarını göndərməli idi, ya necə? Mən bilmirəm.

Münaqişədən sonrakı inkişafda Avropa İttifaqının roluna gəlincə, mən artıq demişəm, biz Avropa İttifaqından yenidənqurma, qaçqınların yerləşdirilməsi ilə bağlı bizə necə kömək etmək istədiklərinə və ya planlaşdırdıqlarına dair, - əgər istəyirlərsə və ya planlaşdırırlarsa, - heç bir mesaj almamışıq. Bu, təkcə maliyyə resursları baxımından deyil, həm də metodologiya baxımından bizim üçün böyük iş olacaq. Biz heç vaxt belə vəziyyətə düşməmişik ki, yerlə-yeksan edilmiş əraziləri bərpa etməli olaq. Bunu necə planlaşdırmaq, hansı addımlar atmaq, addımları hansı ardıcıllıqla atmaqla bağlı məsləhət verən müəyyən beynəlxalq təcrübə ola bilər. Əlbəttə ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı hər hansı təchizat və ya kömək nəzərdə tutsa, biz minnətdar olarıq. Bundan əlavə, sizə deyə bilərəm ki, pandemiya ilə əlaqədar bizim Avropa İttifaqı ilə yeni razılaşma ilə bağlı danışıqlarımız bir qədər dondurulmuşdu. Mən artıq açıq şəkildə bildirmişəm ki, COVID bu və ya digər dərəcədə bitən kimi, vəziyyət daha sabit olan kimi biz danışıqlara yenidən başlayacağıq. Bu razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır. Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib. Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox "qorxurduq". Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox "qorxmağı" məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi "işğal edərlər". Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək. Xüsusilə əvvəl qeyd etdiyim kimi, Avropa İttifaqının 9 üzvü ilə bizim strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatımız var".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az