
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən millət vəkili Tacəddin Bayır partiyasının iclasını "Facebook" hesabında canlı yayımlamaq istəyərkən səhvən "Face effects" bölməsini bağlamadığı üçün ortaya maraqlı görüntülər çıxıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputat görüntülərdə partiya sədri Kemal Kılıçdaroğlu da daxil olmaqla digər partiya üzvlərini şəkildən şəklə salıb.
18 dəqiqə davam edən video izləyənlərin gülüşünə səbəb olub. Sonradan bunun fərqinə varan millət vəkili videonu hesabından silib.
Sözügedən videobu sizlərə təqdim edirik:

























