
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi ataşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonuna gəliblər.
Nyus.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olurlar.
Bundan sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsü istiqamətində yola düşəcəklər.
Nyus.Az

































