• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
  • 31-08-2026 Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
9-12-2020, 09:54

Meksikanın tanınmış jurnalı erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti və əldə olunmuş atəşkəs bəyanatı haqda yazıb

Meksikanın tanınmış jurnalı erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti və əldə olunmuş atəşkəs bəyanatı haqda yazıb



Meksikanın dövlət və hökumət qurumları, parlament və diplomatik korpus arasında geniş yayılan "El Mundo" jurnalında səfir Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, ölkəmizə yönəlik terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən milli.az-a verilən məlumata görə, müsahibədə səfir ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Bildirib ki, Ermənistanın qeyd olunan təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT TŞ-nin sənədlərinə uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirməyə başlamış, bu çərçivədə Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa şəhərlərini, 300-dəm çox kənd və qəsəbəni və bir sıra strateji yüksəkliləri işğaldan azad etmişdir.

44 günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Hərbi əməliyyatlara Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu və münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib. Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu qeyd edib.


10 noyabrda əldə olunmuş atəşkəs razılaşması barədə danışan təmsilçimiz, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş digər rayonlarından da çıxarıldığını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilildiyini, razılaşmanın şərtlərin əməl edilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın irəlidəki vaxtlarda öz yurdlarına qayıdacağını bildirib.

Sonda regionun gələcəyi və barışıq imkanları ilə bağlı suala münasibətdə Azərbaycanın çoxmədəniyyətli və 40-a yaxın müxtəlif millət və inanclardan olan insanların, o cümlədən ermənilərin birgə sülh şəraitində yaşadığı yer olduğunu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığını deyən səfir, azərbaycanlı əhalinin öz evlərinə ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının da azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini bildirib.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az