
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvət edib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytındakı məlumatda deyilir.
O, həmçinin Bakı və Yerevanı əsir və həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Nyus.Az

























