
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri - Polad Bülbüloğlu və Vardan Toganyan bu gün iş görüşməsində səhər yeməyi zamanı Azərbaycan-Ermənistan sərhəddində və Dağlıq Qarabağ tənzimlənməsində vəziyyətin gərginləşməsini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ tənzimlənməsi səylərinin gücləndirilməsi perspektivləri müzakirə edilib", - məlumatda bildirilib.(virtualaz.org)

























