Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey 97 yaşında dünyasını dəyişib.
Bu barədə “The New York Times” xəbər verib. Nanett Fabrey Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb. N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.
1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub. 1986-cı ildə isə N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb.