• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-12-2019, 10:44

Azərbaycanda ilk dəfə olaraq keçirilən "Azərbaycan vokalçıları" festivalının təntənəli açılış mərasimi baş tutub

Azərbaycanda ilk dəfə olaraq keçirilən "Azərbaycan vokalçıları" festivalının təntənəli açılış mərasimi baş tutub

Azərbaycanda ilk dəfə olaraq keçirilən "Azərbaycan vokalçıları" festivalının təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə festival səhər saatlarında Fəxri Xiyabanın ziyarəti ilə gününü açıq elan etdi. Mədəniyyət Kanalının direktoru, festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov, AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi və musiqi ictiamiyyəti, həmçinin festivalın yaradıcı kollektivi əbədiyaşarları bir daha yad etdilər.

Daha sonra Beynəlxalq Muğam Mərkəzində festivalın açılışına həsr olunmuş Elmi-praktiki konfrans keçirildi. Konfransda Ramil Qasımov, xalq artistləri Xuraman Qasımova, Murad Hüseynov, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək vokal sənətinin incəliklərindən danışdı. Keçirilən bu festivalın vokal janrına çox mühüm töhfə olacağını vurğuladılar. Daha sonra konfransda iştirak edən məruzəçilər öz tədqiqatlarını auditoriyaya təqdim etdilər.

Festivalın təntənəli açılış mərasimi 17 dekabr Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutdu. Əvvəlcə festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət Kanalının direktoru Ramil Qasımov çıxış edərək Azərbaycan vokal sənəti haqqında danışdı: "Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanmış, bugünümüzə gəlib çıxmışdır. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur.

Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini - klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaratmışdır. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki, bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir".

Ramil Qasımov həmçinin ölkə rəhbərliyinin musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğını xüsusilə vurğuladı.

REKLAM

www.coca-cola.az

Daha ətraflı

"Əlbəttə ki, bütün bunlar, belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz də böyük həvəslə bu işin məsuliyyətini öz üzərimizdə daşımaqdan qürur duyuruq. İdeyalarımızın realaşması üçün dövlətimizin dəstəyi olmasa bu kimi layihələri həyata keçirmək mümkünsüz olardı. Bildiyimiz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni layihələrə xüsusi önəm verir və onları hər zaman diqqət mərkəzində saxlayır. Mədəniyyətlərarası daialoq forumları, irimiqyaslı festivalların və müxtəlif səpkili tədbirlərin mütəmadi şəkildə keçirilməsi bunun bariz göstəricisidir. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı festivalın gerçəkləşdirilməsinə zəmin yaratdı. Fürsətdən istifadə edib festivalda iştirak edən yaradıcı kollektivə və bütün iştrakçılara uğurlar arzu edirik".

Daha sonra festivalın bədii hissəsinə keçid alındı. Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında müxtəlif janrlı əsərlər ifa olundu.

Bu gündən etibarən festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin müxtəlif musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.(milli.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az