• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
17-09-2018, 07:46

Naxçıvan sakinləri məşhur "Babək" filminin çəkilişlərini hələ də unutmayıblar

Naxçıvan sakinləri məşhur "Babək" filminin çəkilişlərini hələ də unutmayıblar

Bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun şah əsərlərindən biri də xalq qəhrəmanı, Xürrəmilər hərəkatının rəhbəri Babəkin azadlıq uğrunda apardığı mübarizədən bəhs edən "Babək" filmidir. Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə çəkilən filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Eldar Quliyev, bəstəkarı Polad Bülbüloğludur. Rollarda Azərbaycan kinosunun korifeyləri - Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amalya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə və başqaları çəkiliblər.

Bu filmin bir çox epizodları Naxçıvan Muxtar Respublikasında çəkilib. Nyus.Az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu günlərdə filmin lentə alındığı həmin məkanlara baş çəkib, çəkilişlərin şahidi olan yerli sakinlərin xatirələrini qələmə alıb.

Azərbaycan kino tarixinin ən bahalı filmlərindən biri

"Babək" filmini təkcə Azərbaycanın deyil, sovet kinosu tarixinin ən bahalı filmləri sırasına daxil edirlər. Belə ki, filmin büdcəsi 1 milyon 650 min rubl təşkil edib. Bu, həmin dövr üçün çox böyük bir rəqəm idi. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən çox geyim hazırlayıb. 60-a yaxın ölkə tərəfindən prokata götürülən film yalnız bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənib.

Filmin çəkilişləri, əsasən qədim Naxçıvanda, Ramana qalasında, "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda, Suraxanıdakı "Atəşgah" məbədində aparılıb. Qanlı döyüş səhnələrinin bir çoxu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kəndlərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağ sahələrində lentə alınıb. Burada Bəzz qalasının maketi qurulub.

"Hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi"

Culfa-Naxçıvan magistral yolunun ətrafındakı ərazilər, dağların sıldırım yamacları, enişli-yoxuşlu yollar, qoşunların düzülüşü üçün əlverişli düzənliyin qarşısındakı təpələr ilk baxışdan diqqəti cəlb edir.

Həmsöhbət olduğumuz Culfa Rayon Mədəniyyət Evinin direktoru Qurban Nəcəfov yaxınlıqdakı təpəni göstərərək deyir ki, gecə vaxtı "Xəlifə ordularını qorxuya salan hadisələr"in kadrları burada çəkilib: "Çəkiliş meydançasındakı atların və əsgərlərin bir hissəsi Moskvadakı "Kavaler polku"ndan gətirilmişdi. Bununla yanaşı, Naxçıvandakı sərhəd qoşunlarının hərbçiləri və yerli sakinlər də çəkilişlərə cəlb edilmişdi. Ətraf kəndlərdən bura çox sayda sakin toplaşsa da, hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi. Çəkilişlər kənd təsərrüfatı işlərinin qızğın dövrünə təsadüf edirdi və bu səbəbdən gecikirdi. Bundan xəbər tutan ümummilli lider Heydər Əliyev məsələyə müdaxilə edir və deyir ki, heç bir məsələ "Babək" filminin çəkilişi qədər əhəmiyyətli ola bilməz. Tapşırıq verir ki, çəkiliş üçün lazım olan bütün şərait yaradılmalıdır. Yalnız bundan sonra qarşıya çıxan çətinliklər qısa vaxtda həll olundu, filmin çəkilişi uğurla reallaşdı".

Çəkilişlər zamanı bədbəxt hadisələr də az olmayıb. Həmsöhbətimiz deyir ki, bir dəfə "süvarilərdən" biri atla birlikdə dərəyə yuvarlandı və onun hər iki ayağı sındı. Bəzən aktyorlar qılıncı səhv vurduğu üçün çiyni, qolu, əl-ayağı yaralananlar da çox olurdu: "Bir dəfə filmin qəhrəmanı Rasim Balayev az qala atdan yıxılacaqdı. At, necə deyərlər, dinc dayanmırdı. Məcbur qalıb, aktyorun hər iki ayağını ata bağladılar ki, çəkiliş alınsın. Bundan başqa, Rasim Balayevin əynindəki geyimlər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi. Bu geyimlə 50 dərəcə istidə, qızmar günəş altında mis dəbilqə ilə hərəkət etmək iradə, cəsarət, fədakarlıq tələb edirdi".

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, "Babək" filmində epizodik rolda çəkilmiş, 2006-cı ildə Prezident mükafatçısı olan Rövşən Hüseynovla da görüşüb həmsöhbət oluruq. O, maraqlı bir xatirəsini bizimlə bölüşür: "Azərbaycanfilm" kinostudiyası filmin çəkilişi üçün ikinci rejissoru ölkə ərazisində mövzuya uyğun məkanları axtarıb tapmağa göndərmişdi. O, Naxçıvanın Culfa rayonunun ərazisi üzərində dayandı. Həmin rejissor Naxçıvan teatrına da gəldi və burada bir neçə aktyoru seçdi. Onların arasında mən də var idim. Hər gün səhər saat 6-dan axşam 11-dək çəkiliş meydançasında olurduq. Necə deyərlər, iş prosesi zamanı yaranan çətinliklər çox idi. Məsələn, 4-5 min insanı 5-6 nəfər geyindirməli olurdu ki, bu da xeyli vaxt aparırdı. Epizodik rolda çəkilənlərin böyük əksəriyyəti aktyor olmadığı üçün onları bir yerə yığıb film çəkmək asan deyildi. İsti də bir tərəfdən insanları əldən salırdı. Onları, həmçinin atları su ilə təmin etmək üçün iri su maşınları ayrılmışdı. Dəbilqələrimiz istidən qızıb başımızı yandırırdı. Bəzən çəkilişlər zamanı huşunu itirənlər də olurdu. Lakin yerli sakinlər bu əziyyətə dözərək filmin uğurlu alınması üçün əllərindən gələni əsirgəmirdilər. Bunu görən filmin rejissoru Eldar Quliyev naxçıvanlılara dönə-dönə minnətdarlıq edirdi".

Əlincəqala ərazisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovla söhbət edirik. On dörd il Əmir Teymurun ordularına müqavimət göstərən, Babək kimi qəhrəmanların oylağı olan Əlincəqala bu gün də öz əzəməti ilə insanları heyran edir. Fərəc Fərəcovun fikrincə, tarixi qəhrəmanlarımızdan bəhs edən ekran əsərləri, o cümlədən "Babək" filmi bu gün hər bir azərbaycanlını, Azərbaycan əsgərini erməni qəsbkarları üzərində Böyük Qələbəyə ruhlandırır.

Filmin çəkilişlərinin başlandığı 1978-ci ildə Naxçıvanda Babəkin adını daşıyan rayon yaradıldı

Babək xalq qəhrəmanıdır. İyirmi il ölüm-dirim savaşı apararaq torpağını, Vətənini yadellilərdən qoruyub, düşmənə boyun əyməyib. Onun adı indi də xalqımızın qəlbində yaşayır. Təsadüfi deyil ki, muxtar respublikanın böyük bir rayonunda xalq qəhrəmanının adı əbədiləşdirilib: Ulu Öndərimizin təşəbbüsü ilə Babək rayonu yaradılıb. Həmin rayonun yaradılmasından 40 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla bu il Babək rayonunun təşkil olunmasının 40 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az