• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-05-2018, 00:33

Fuad Poladov - 70...

Fuad Poladov - 70...

Bütün müstəsna istedadlı, üstəlik son dərəcə nadir keyfiyyət olan tam şəxsiyyətli insanlar kimi onun da haqqında yaranan təəssüratlar bəsit, birxassəli müsbət çalarda deyildi. Onu yalnız televiziya ekranında görən tamaşaçıların da, iştirakı ilə sənət bayramı yaradan səhnə əsərlərini, filmləri mütəmadi izləyən teatralların da, kinomanların da, həmkarlarının və bu və ya digər dərəcədə onunla ünsiyyətdə olmuş hər kəsin özünün FUAD POLADOVU (24 may, 1948 - 5 may, 2018) var idi. Son dərəcə ədəb-ərkanlı, qədərində zəhmli, qədərində yumşaq, mülayim rəftarlı, qarşısındakı və ya onun haqqında danışan insanın onun adına münasibətdə mütləq qaydada hörmətlə bulunacağının istisna olmadığı, bəzilərinin çəkindiyi (o dərəcədə ki, gənclik sevgisi haqqındakı əhvalatı dünyasını dəyişən kimi açıqladılar, həm də əlahiddə bir fakt kəşf edibmiş kimi. Halbuki o əhvalatı əksəriyyət bilir və ya eşidib, amma müxtəlif versiyalarda. Özü bu haqda bir dəfə də olsun açıqlama verməyibsə, o əhvalata birbaşa aidiyyəti olan şəxslər artıq dünyalarını dəyişiblərsə və deməli məsələnin əslini heç vaxt bilməyəcəyiksə, ehtimal xassəli təfərrüatlar nəyə və kimə lazımdır?), bir çoxlarının pərəstiş etdiyi və istənilən halda hər kəsin dəyər verdiyi mərd bir Adam. Hər şey çox sadədir: insanın özünə, "mən"inə, prinsiplərinə verdiyi dəyər, göstərdiyi ehtiram onun başqalarına və başqalarının onun özünə münasibətdə əks olunur. FUAD POLADOV özünə son dərəcə hörmətlə yanaşan insan idi (Allah o gündən saxlasın ki, özünə hörmətlə yanaşmağı adamlar "mən", "mənə", "mənimdir" prizmasının miskinliyi ilə səhv salmasınlar). FUAD POLADOV dünyaya gəldiyi gün Allah bizi məhz o miskinlikdən hifz edib...

Bir epizod heç yadımdan çıxmaz: Hacı Murad Yagizarovla Rus Dram Teatrının qrim otağında müsahibəm var idi. Fuad Poladovla eyni qrim otağını bölüşürdülər və həmin vaxt da aralarında nəsə narazılıq yaranmışdı, dəqiq yadımda deyil nə məsələ idi... Bir azdan Fuad müəllim içəri daxil oldu... və... onlar küsülü olsalar da Yagizarovun həmkarına səmimi ehtiramının şahidi oldum. Hətta sanki aralarındakı yaş fərqi Yagizarovun deyil, Poladovun üstünlüyündə idi. Fuad müəllim otaqdan çıxandan sonra Murad müəllim söhbət əsnasında teatr intriqaları, həmkarlarının mənəvi-əxlaqi keyfiyyətləri haqqında müşahidələrini, mülahizələrini də bölüşdü. Vurğuladı ki, keçməkdə olduğu kifayət qədər böyük sənət yolu boyunca insan, sənət adamı olaraq məsuliyyətini dərk edib özünü hər zaman, hər yerdə müvafiq tərzdə aparan az sayda həmkarlarından biri məhz Fuad Poladovdur, bəzi cəhətlər baxımından isə hətta yeganədir.

Onun yaradıcılıq yolunun (1969-1989 - Akademik Milli Dram Teatrı, 1989-cu ildən ömrünün sonuna kimi S.Vurğun adına Rus Dram Teatrı) Rus Dram Teatrına aid hissəsini belə təfərrüatlarla xatırlamağım təsadüfi deyil. Hər hansı şərhsiz bircə onun deyim ki, Fuad Poladov səhhətindəki nasazlıqla əlaqəli aktyorluq fəaliyyətini davam etdirə bilmədiyi ötən teatr mövsümündə Rus Dram Teatrının rəhbərliyi onun rollarını başqa bir aktyora həvalə etmədi, həmin tamaşalar sadəcə repertuardan çıxarıldı. Və bundan sonra da həmin tamaşaların bərpası nəzərdə tutulmur, bildiyimə görə. Bu qərar tam mənada FUAD POLADOV şəxsiyyətinə və sənətkarlığına verilən layiqli dəyərdir...
Acı itkilərin acılığı da müxtəlif olurmuş - bəziləri dərhal yandırır, bəziləri isə əvvəl dondurur, sonradan yandırmağa başlayır. Fuad Poladovun vəfatı xəbəri məni həmin gün tam donmuş vəziyyətə saldı, boşluğun böyüklüyünün dəhşətindən ağlaya da bilmədim, həm də inanırdım ki, yaxşılaşıb işinə-gücünə qayıdacaq. Ümumiyyətlə, mənə həmişə elə gəlirdi ki, o, şəxsiyyətinin çirkablaşmasına, adının və soyadının mənalarına (Fuad - ərəbcədən tərcümədə "ürək" deməkdir, Polad sözünün anlamı isə məlumdur) zərrə qədər belə xələl gəlməsinə imkan vermədiyi kimi özünün fiziki sağlamlığının da qeydinə qalırdı... Nə acı ki belə deyilmiş...

FUAD POLADOV gənclərin sevimlisi idi. Gənclər ona sadəcə pərəstiş və ehtiramla yanaşmırdılar, örnək, nümunə olduğunun fərqində idilər... O da belə münasibətə dəyər verirdi, cavabsız qoymurdu. İnsanın böyük istedadı, müstəsna xidməti ola bilər, BÖYÜKLÜK, AĞSAQQALLIQ keyfiyyəti heç də hər kəsin öhdəsindən gələ biləcəyi missiya deyil. Xüsusən şöhrətin burulğanında başının gicəllənməsinin qarşısını ala bilməyənlər üçün bu çəkilməz yükə çevrilir. Nə yaxşı ki, qismətimizə belə bir yükü sonadək layiqli tərzdə daşıya bilən FUAD POLADOV fenomeni yazılıbmış. Nə yaxşı ki, biz onun müxtəlif teatrların səhnələrindəki təkrarsız obrazlarını izləmək, çəkildiyi filmlərin premyeralarını eyni kino zalında izləmək xoşbəxtliyinə malik idik. Onun həyatının bu hissəsi ilə, bu dünyayla vidası da ayaqda ikən, səhnədə, Akademik Milli Dram Teatrında sonuncu dəfə "Müsyö İbrahim və Qur`an çiçəyi" səhnə əsərində təkrarsız və əvəzolunmaz Müsyö İbrahim olaraq baş tutmuşdu. Tamaşa sona varınca heyranlıq, minnətdarlıq, vida alqışları bir-birinə qarışmışdı. Əlbəttə, "Azdrama"ya aid vida tamaşasının o duyğusallığından sonra tamaşaçılar onun adını Rus Dram Teatrının afişalarında axtarırdılar. Fəqət, fəqət, fəqət... Daha bir görüş baş vermədi. Düşünürəm ki, FUAD POLADOV tamaşaçıları ilə yalnız bu cür vidalaşa bilərdi - alqışlarına baş əyib özünəxas tərzdə gülümsəyərək... Bu aksiya baş vermişsə, onu hansı matəm xarakterli, bayağı vida mərasiminə sığışdırmaq olardı ki?... İnsanın bu dünyadan apara biləcəyi ən böyük dəyər adının qarşısında hər hansı bənzətmə, təyinat olmadan anılmasıdı, bu şərəfə sağlığında nail olubsa o kəs ikiqat xoşbəxtdir. Biz onun haqqında hər zaman bu ifadəni eşitmişik, şərik olmuşuq, demişik və deyəcəyik: FUAD POLADOV FUAD POLADOVDUR! Yeddinci onilliyin mübarək, şəxsiyyət və sənətkarlıq nümunəsi!

Samirə Behbudqızı

Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az