• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-04-2020, 14:08

Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslərə yardımlar edilməsinə mane olur?

Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslərə yardımlar edilməsinə mane olur?


"Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslərə yardımlar edilməsinə mane olur. Hətta bu işi həyata keçirən şəxsləri təhdid etdirir”.

Bunu ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı son yaydığı videoda bildirib.

Qeyd edib ki, karantin rejimində maddi vəziyyəti ağır olan ailələrə yardım etmək üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib. Rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Bu işə bir neçə xeyriyyəçi də qoşulub. Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutub, ancaq icra başçısının müavini ona bildirib ki, həmin ərazidə yaşayış qanunsuzdur və yaxın müddət ərzində daxma da söküləcək. K.Zeynallı ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini istəyib. Ancaq istəyi müsbət qarşılanmayıb.



K.Zeynallının iddiasına görə, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətindən ona "sən kimsən ki, bizim işlərimizə qarışırsan?



Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan” kimi iradlar bildiriblər. İnci xanım isə K.Zeynallıya zəng edərək, xahiş edib ki, qorxur, buna görə də onun rayon ərazisindən getməsini istəyir”.

Pirallahı rayonunun icra başçısı Vasif İmanova səslənən K.Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda, hətta xeyriyyə işlərinə mane olmaqda ittiham edib. O bildirib ki, oturduğu kürsü V.İmanovun atasından qalmayıb, bu vəzifəyə ölkə başçısı tərəfindən xalqa qulluq etmək üçün təyin olunub. Ancaq başçı bu problemləri özü həll etməkdənsə, yardım etmək istəyənlərə də mane olur.

Məsələ ilə bağlı İH-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

K.Zeynallının iddialarını daha geniş formada təqdim etdiyimiz videodan izləyə bilərsiniz:


Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, son zamanlar “COVID-19” virusunun yayılmasını əsas tutaraq bəzi “xeyriyyəçilər” digər mənbələrdən bəhrələnərək yardım və kömək adı altında özlərinə divident qazanmağa çalışırlar:

“Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Həmin ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Şaharovlar ailəsinin 2 üzvü – Şaharova Nisə İman qızı və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir”.

İcra Hakimiyyətindən vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən yerlərdə aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir: “O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik təlabat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər göstərilməkdədir”.

İcra Hakimiyyəti sözügedən ailə bağlı məlumatları sosial şəbəkədə yayan Kamil Zeynallının ittihamlarına cavab verib: “Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az