• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
2-03-2018, 13:10

"“Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir" - İTTİHAM

"“Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir" - İTTİHAM
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. İddia edilir ki, Cahangir Hacıyev bir neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır...

Bu arada bir neçə milyardın ölkə xaricinə daşınması və Azərbaycan Beynəlxalq Bankının(ABB) talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın vaxtlarda yenidən istintaqa cəlb ediləcəyi barədə xəbərlər var. ABB ilə bağlı hələ də davam edən istintaq haqda ictimaiyyətə geniş məlumat verilmir. Bəzi hallarda isə bankdan “buxarlanmış” pullar qeyri-rəsmi üsullarla axtarılır, hətta bəzi iş adamları sorğu-suala çağırılır. Bu barədə məlumat verən mənbə “Yeni Müsavat”a deyib ki, Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası, sabiq nazir Eldar Mahmudovun qurduğu “hörümçək toru”nu tam açmaq mümkün olmayıb.

Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz. İstintaqın versiyasına görə, bu ilin yanvarında Bakıya əli qandallı gətirilən Emin Sadiq Cahangir Hacıyevin və ABB işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər...

Belə bir vaxtda Azərbaycanın daha bir iri bankından “Atabank”dan da SOS siqnalı gəlməkdədir. Sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevin İdarə Heyətinin sədri olduğu “Atabank”ın maliyyə durumu pisləşib. Dəyanət Quliyevin atası Namiq Quliyev Fazil Məmmədovun nazirliyi dövründə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini idi. Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi. 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev də olub. Yerli mediada yazılanlara görə, uzun illər nəzarət-kassa aparatlarını ölkəyə Fazil Məmmədovun bacısı oğlu, hazırda “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin sahib olduğu “CASPEL” MMC gətirib. Zorla və baha qiymətə sahibkarlara satılan nəzarət-kassa aparatlarından ümumilikdə 100 milyon manata qədər qazanc əldə edildiyi deyilir. Qeyd edək ki, Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, banklarda maliyyə durumunun vəziyyətinin pisləşməsinin əsas səbəblərindən biri peşəkarlıq problemidir: “Azərbaycan Beynəlxalq Bankının borcları ilə bağlı məlumatları ”Aqrarkredit" açıqlamalıdır. Amma açıqlamırlar. “Şapka” Mamedin kefi belə istəyir və açıqlamırlar. Hesab edirəm ki, bu məsələ ictimai əhəmiyyət kəsb edir. ABB-nin borclarını dövlət büdcə hesabına, biz vətəndaşların hesabına ödəməyi üzərinə götürüb. Bu pulların qaytarılması üçün nə iş görülüb bilinmir. Ortada əsaslı şübhələr var ki, orada işlər düzgün aparılmır".

“Şapka” Mamed prezidentin inamını itirib
İqtisadçı ekspert deyib ki, ötən il dövlət başçısı Azərbaycan Sənaye Korparasiyasını (ASK) təsis edib: “ABB-nin borcları müqabilində kreditorlardan alınan obyektlər, müəssisələr, zavodlar ASK-ya ötürüldü. ASK-nın yaradılması faktiki olaraq ”Şapka" Mamedin rəhbərlik etdiyi “Aqrarkredit”ə etimadsızlıq göstərildiyini, ölkə rəhbərliyinin inamını itirdiklərini ortaya qoydu. “Şapka” Mamed ABB borclularından aldığı müəssisə, zavod, fabrik, obyektlərə özünün qohum-qardaşını, dost-tanışını rəhbər təyin edir. Həmin obyektlər ABB-nin borcları əvəzinə alınan iri müəssisələr, zavodlar, fabriklər idi. “Şapka” Mamed həmin obyektlərə özünün biznes obyektləri kimi baxırdı. Ona görə də prezident obyektləri onun əlindən alıb, ASK-ya verdi. Hazırda ASK-da bu baxımdan düzgün idarəetmə sistemi var. Ümumilikdə isə hələlik ASK-nın fəlaiyyətindən danışmaq tezdir. Faktiki isə ABB-nin toksik kreditləri “Aqrarkredit”in üzərindədir".

“Aqrarkredit”də hüquq-mühafizə orqanlarının müvafiq yoxlama aparması zərurəti var
Əkrəm Həsənov deyir ki, etimadsızlıq göstərilən qurum kimi “Aqrarkredit”də hüquq-mühafizə orqanlarının müvafiq yoxlama aparması zərurəti var: “Yaxşı olar ki, ”Aqrarkredit"in fəaliyyəti yoxlanılsın. ABB-nin işi olmasaydı belə “Aqrarkredit”in nə işlə məşğul olması araşdırılmalıdır. “Şapka” Mamed oturub orada, nə işlə məşğuldur bilinmir. “Aqrarkredit” çox şübhəli bir quruma çevirilib".

Ə.Həsənov deyir ki, bu gün Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan bankların borclarını daha effektiv şəkildə idarə edir: “ƏSF-nin fəaliyyətini məndən çox tənqid edən yoxdur, amma ”Aqrarkredit"lə müqayisədə ƏSF xeyli iş görüb. Gördükləri işlərlə bağlı məlumatları ictimailəşdirirlər. “Aqrarkredit” ABB-nin toksik kreditlərindən nə qədər qaytarması sualı açıqdır. Son məlumatlara görə, ABB-nin maliyyə durumu yenə də ürəkaçan deyil. ABB ötən ilin sonlarında dollarla banka əmanət qoyulan vəsaitlər üzrə faiz dərəcəsini heç bir xəbərdarıq etmədən 20 faizdən 2 faizə qədər azaltdı. Yəni birdən-birə az faiz verəcəklərini elan etdilər. Bəzi əmanətçilər var ki, bu qanunsuz qərardan məhkəməyə müraciət ediblər. Həmin əmanətçilərdən bir neçəsini məhkəmədə təmsil edirəm.

Məhkəmədə hakimə bildirdim ki, vətəndaşlar devalivasiyadan sonra banklara dollarla olan kreditlər üzrə ödəniş edə bilmirlər. Həmin ödənişlər üzrə belə banklar faizləri aşağı salmırlar. Vətəndaşdan dollarla kreditlər üzrə 30 faiz tələb edirlər. Belə bir halda ABB-nin faizi 10 dəfə aşağı endirməsi qanunsuzdur. ABB-nin nümayəndəsi məhkəmədə deyir ki, bankın sağlamlaşdırılması üçün belə bir addım atıblar, bankın durumu pisdir. Halbuki ABB-yə dövlət böyük kömək edib, borclarını üzərinə götürüb. ABB 2017-ci ilin maliyyə hesabatında yazıb ki, ili 804 milyon xalis gəlirlə başa vurublar. Bankın nümayəndəsi isə məhkəmədə dedi ki, bunlar sıradan rəqəmlərdir, bankın maliyyə durumu pisdir, ona görə də məhkəmədən xahiş etdi ki, bizim iddiamızı təmin etməsin. Məhkəmə qərarında da yazıldı ki, ABB-nın maliyyə durumu pisdir, ona görə faiz dərəcələrinin 20 faizdən 2 faizə salınması qanunsuz deyil".

Əkrəm Həsənov bildirib ki, ABB-nın, “Atabank ın durumlarının pisləşməsinin əsas səbəbi idarəçilikdə təmsil olunan rəhbər şəxslər işə götürülərkən peşəkarlıq meyarına əhəmiyyət verilməməsidir: ”Fazil Məmmədov vergilər naziri idi, bacısı oğlunu da “Atabank”ın İdarə Heyətinə rəhbər təyin etmişdi. Bu gün bankın durumunun ürəkaçan olmaması həmin şəxsin qeyri-peşəkarlığının nəticəsidir. Çox təəssüf ki, Azərbaycanda vəzifələrə təyinat qohumbazlıq prinsipləri əsasında gerçəkləşir. Peşəkarlıq isə belədə arxa plana keçir. Odur ki, ortada belə bir vəziyyət yaranır".
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az