• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
28-02-2020, 15:27

Suraxanıdakı 2 saylı Uşaq Evində ixtilaf böyüyür – Direktor Sevda Hacıyeva atasız uşaqdan necə intiqam aldı

Suraxanıdakı 2 saylı Uşaq Evində ixtilaf böyüyür – Direktor Sevda Hacıyeva atasız uşaqdan necə intiqam aldı




cBelə bir ehkam var: Dövlət başçısı ölkədəki bütün yetimlərin valideyni sayılır. Dövlətimiz hər iki və yaxud, bir valideynindən məhrum uşaqlara qayğı göstərir, onları internat tipli məktəblərdə yerləşdirib ərzaqla, geyimlə, yatacaqla təmin edir, orta təhsil, peşə təlimi verir, seçilənləri, istedadlıları ali savada yiyələndirir. Hökumətə bu müstəvidə tərəf müqabili kimi çıxış edən qeri-hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri, dini qurumlar, ayrı-ayrı xeyirxah iş adamları da bu qəbildən olan uşaq və yeniyetmələrə köməklik göstərirlər. Uşaq müəssisələrini başa vuran gənclər “Məzun Evi” layihəsi əsasında mənzillə təmin olunurlar.

Sözügedən kateqoriyaya aid uşaq və gənclərə dövlətimizdən sonra cəmiyyətimizdə ən çox ardım edən qurum əlbəttə ki, Heydər Əliyev Fondudur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fondun rəhbəri olaraq, istər uşaq müəssisələrinin inşası, istərsə də mövcud müəssisələrin fəaliyyətinə dəstək müstəvisində ölçüyəgəlməz işlər görmüş, həmin müəssisələrin balaca sakinlərinə analıq qayğısı göstərmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsində isə valideyn himayəsindən məhrum, aztəminatlı ailələrin uşaq müəssisələrində yerləşdirilmiş övladları özlərinə bir Böyük Bacı tapmışlar desək, yanılmarıq.

Bakının Suraxanı rayonundakı 2 saylı Uşaq Evinin sakini, zəngilanlı məcburi köçkün ailəsinin üzvü, atasını vaxtsız itirmiş IX sinif şagirdi Quliyev Mirəli Elşən oğlu da tədbirlərin birində Leyla Əliyevaya yaxınlaşaraq ali təhsil almaq arzusunda olduğunu bildirmiş, əlavə hazırlıq kurslarına getmək istədiyini demişdir. Mirəlinin sözlərinə görə, o, məhz Leyla xanımın xeyirxahlığı sayəsində Mirəli “Kaspi” liseyinə götürülmüşdü.

Lakin Mirəlinin bu kiçik xoşbəxtliyi uşaq evinin direktorunun gözünə böyük görünmüş, onu qısqanmağa başlamışdır. Elə o vaxtdan Mirəlinin və həmin müəssisədə “təlim-tərbiyə” alan qardaşı V sinif şagirdi Muradın necə deyərlər, “günləri göy əskiyə bükülmüşdür”. Direktor Sevda Hacıyeva onları “gözümçıxdıya” salmaq üçün az qala bütün müəllim və tərbiyəçi kollektivini, qardaşlara həsəd aparan digər uşaqları da, hətta yerli polisi də səfərbər etmişdir. Nəticə də bu olmuşdur ki, bu ilin yanvar ayında tərbiyəçilərdən biri Muradı döydüyü zaman Mirəlinin telefonu ilə qeydə alınan videogörüntülər KİV-də yayıldı. Hadisə ictimailəşəndən sonra fakt qarşısında qalan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyi həmin “tərbiyəçini” işdən qovdu. Lakin, uşaq evinin direktoru Sevda Hacıyeva müəmmalı səbəbdən öz kreslosunu qoruya bildi və Quliyev qardaşlarından, onların anası, yuxarı instansialara davamlı şikayətlər yazan Ərkinaz Quliyevadan qisas almağa qərar verdi. Nəhayət, Mirəlinin liseydən hazırlıq kurslarından uzaqlaşdırılmasına nail oldu. Direktor saytlara verdiyi müsahibələrdə iddia edir ki, Mirəli Quliyevi hazırlıq kursuna o özü yollayıb, sponsoru da özü tapıb, Heydər Əliyev Fondunun vitse-prezidenti göndərməyib. Kurslardan uzaqlaşdırılmasının əsas səbəbi də psixi pozuntuları, dərsləri mənimsəmədə müvəffəqiyyətsizliyidir, o üzdən sponsor da təhsil xərclərini maliyyələşdirməkdən imtina edir.

Mirəli və anası Ərkinaz xanım isə bildirirlər ki, Mirəlinin dərslərini zəif oxumasının səbəbi uşaq evində onun və qardaşının yaşadıqları dözülməz mühitdir. Həqiqətən də Mirəlinin telefonundakı videoqeydlərdə ona və anasına uşaq evinin işçiləri tərəfindən hücum edildiyini, fiziki və psixoloji təsirlərə məruz qaldıqlarını, qardaşı Muradın döşəmə silməyə məcbur edildiyini əks etdirən görüntülər vardır.

“Sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə uyğun olaraq Heydər Əliyev Fondunun rəhbərlii də təvazökarcasına bir çox savab işlərinin ictimailəşdirilməsini məqsədəuyğun hesab etmir. Ola bilsin ki, Sevda Hacıyevaya da belə bir tapşırıq verilib ki, Mirəlinin məsələsini istisna hal kimi mümkün qədər məxfi saxlasın, uşağa göstərilən müstəsna qayğını öz adına çıxsın. Amma o da eləmə tənbəllik, “dırnaq tutmaq əvəzinə barmaq kəsib”.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az